

Elektrik avadanlığının təmiri və ona xidmət üzrə elektromontyor
«PENOPLEX PRİKAVKAZYE» MMC
700 - 1000 ₼
861
Tam iş günü
Bakı,
Azərbaycan
25.08.2025 02:32
-
25.09.2025 12:00
İş haqqında məlumat
- Elektrik avadanlığı qoşulma sxemləri xüsusilə mürəkkəb olan güc və işıqlandırma elektrik qurğularına və axım xətti ilə bağlı olan maşın və aqreqat sxemlərinə, habelə texnoloji prosesi avtomatik tənzimləmə avadanlıqlarına xidmət etmək;
- 1000 V-dan yüksək gərginlikli naqillərin kəsilməsi, birləşdirilməsi, izolyasiyası və lehimlənməsini həyata keçirmək;
- Yüksək gərginlikli müxtəlif növ elektrik maşınlarının və elektrik aparatlarının və 15 kV-a qədər gərginlikli sistemlərin sökülməsi, təmiri, yığılması, quraşdırılması və mərkəzə uyğunlaşdırılmasını həyata keçirmək;
- Elektrik avadanlığını qismən sökməklə, detalları yumaqla və silməklə təmizləmək və sıxılmış hava ilə üfürmək;
- Mürəkkəb qoruyucu vasitə qurğularında və avtomatika və telemexanika cihazlarında sxemləri sazlamaq və nöqsanları aradan qaldırmaq;
- Paylayıcı şəbəkələrin, elektrik mühərriklərinin statorlarının və rotorlarının, transformatorların sarğılarının, kabel giriş və çıxışlarının izolyasiya müqavimətini yoxlamaq və meqommetrlə ölçmək;
- Elektrik cihazlarını, elektromaqnit, maqnit-elektrik və elektrodinamik sistemlərin sökülməsi, yığılması, sazlanması və onlara xidmət işlərini yerinə yetirməklə elektrik avadanlığının təmirini, ona baxışı, texniki xidməti həyata keçirmək;
- Giriş qurğularını və birləşdirici muftaları montaj etməklə, 35 kV-dan yüksək gərginlikli kabel şəbəkələrinin montajını və təmirini həyata keçirmək;
- Akkumulyator batareyalarını doldurmaq;
- Cihaz və avadanlığın xarici hissələrini boyamaq;
- Elektrik avadanlığının yenidənqurmasını həyata keçirmək;
- İzolyasiya materiallarını çertyoja əsasən emal etmək;
- Sadə montaj sxemlərinin və əsas sxemlərin markalamasını yoxlamaq.
- Həddindən artıq mürəkkəb qoşulma sxemlərinə malik elektrik avadanlığının nöqsanlarını, nasazlıqlarını və zədələnmələrini aşkar etmək və aradan qaldırmaq;
- Kran və digər yükqaldırıcı maşınlardan istifadə ilə takelaj əməliyyatlarını yerinə yetirmək;
- Elektrik avadanlığının təmiri zamanı bəsit çilingərlik, montaj və dülgərlik işlərini yerinə yetirmək. Pnevmatik və elektrik alətləri ilə işləmək;
- Yerinə yetirdiyi iş üzrə işdə tələb olunan texniki və digər sənədləri vaxtlı-vaxtında və keyfiyyətli doldurmaq.
İş şəraiti:
- İş rejimi: – 2 növbəli: 2 gün 8.00-20.00, 2 gün 20.00-08.00, 4 gün istirahət;
- Nahar və servis xidməti şirkət tərəfindən təmin olunur;
- İş yeri: Hacıqabul sənayə parkı, “Penoplex Prikavkazye” zavodu;
- Əmək haqqı: 700-1000 manatdan ibarətdir (ayda işlədiyi saatlardan aslı olaraq),
CV-ləri Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş olunur.
Tələblər
- İş təcrübəsi- 3 ildən az olmayaraq!
- Müəyyən edilmiş vəzifələri mövcud normativ-texniki sənədlərə uyğun olaraq vaxtında və keyfiyyətli yerinə yetirmək;
- İstənilən təyinatlı, bütün növ elektrik avadanlığını və 15 kV-a qədər gərginlikli sistemləri sökmək, əsaslı təmir etmək;
- Konstruktiv elementləri sökməklə, transformatorları, açarları, ayırıcıları və onların ötürücülərini yoxlamaq, paylayıcı qutuların, sıxacların, təhlükəsizlik lövhələri və işıqlandırma aparatlarının montajını və təmirini həyata keçirmək;
- Partlayışa davamlı armaturun təmirini, doldurulmasını və quraşdırılmasını həyata keçirmək;
- Elektrik avadanlığı qoşulma sxemləri xüsusilə mürəkkəb olan güc və işıqlandırma elektrik qurğularına və axım xətti ilə bağlı olan maşın və aqreqat sxemlərinə, habelə texnoloji prosesi avtomatik tənzimləmə avadanlıqlarına xidmət etmək;
- 1000 V-dan yüksək gərginlikli naqillərin kəsilməsi, birləşdirilməsi, izolyasiyası və lehimlənməsini həyata keçirmək;
- Yüksək gərginlikli müxtəlif növ elektrik maşınlarının və elektrik aparatlarının və 15 kV-a qədər gərginlikli sistemlərin sökülməsi, təmiri, yığılması, quraşdırılması və mərkəzə uyğunlaşdırılmasını həyata keçirmək;
- Elektrik avadanlığını qismən sökməklə, detalları yumaqla və silməklə təmizləmək və sıxılmış hava ilə üfürmək.