Stadler Service Azerbaijan

Elektrik (Böyükşor lokomotiv deposu, sürət qatarları üzrə)

Stadler Service Azerbaijan
1300 ₼
594
Tam iş günü
Bakı, Azərbaycan
18.09.2025 05:41 - 18.10.2025 12:00

İş haqqında məlumat

Elektrosistemlərin montajı və texniki xidməti: 

  • Hərəkətdə olan tərkibdə və depoda elektrik şəbəkələrinin və avadanlıqların quraşdırılması, xidməti və təmiri. İşıqlandırma sistemləri, güc kabelləri və qoruyucu sistemlərin sazlanması və işlək vəziyyətinin yoxlanılması; Qatarların mexaniki elementlərinin və hərəkət hissələrinin texniki xidmətini göstərmək;

Yoxlama və diaqnostika: 

  • Elektrik nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
  • Elektrik sxemlərinin və komponentlərinin işlək vəziyyətini yoxlamaq üçün ölçü cihazlarından istifadə etmək; 
  • Montaj və işə salma işlərini icra etmək;

Elektrik komponentlərinin təmiri və əvəz olunması: 

  • Kabellərin, sığortaların, relelərin, kontaktorların və digər elektrik elementlərinin dəyişdirilməsi. 
  • Hərəkətdə olan tərkibdə və infrastrukturda naqillərin və açar qurğularının təmiri; 

Təhlükəsizliyin təmin olunması: 

  • İşlərin icrası zamanı təhlükəsizlik normalarına və standartlarına riayət etmək, yüksək gərginliklə işləyərkən ehtiyat tədbirlərinə əməl etmək.

Şərtlər:

  • İş qrafiki: 5 günlük
  • İş yeri: Böyükşor Lokomotiv Deposu;
  • Əmək haqqı: net 1300 AZN, gələcəkdə artım nəzərdə tutulmuşdur;

Tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Elektrik (Böyükşor lokomotiv deposu )” qeyd etməklə CV göndərməkləri xahiş olunur.

Tələblər

  • Ali və ya orta ixtisas (texniki) təhsili;
  • Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi;
  • Rus və ya ingilis dili biliklərinə üstünlük verilir;
  • Stressə davamlılıq;
  • Məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı;
  • İntizamlılıq.


Oxşar vakansiyalar