SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Elektrik işləri üzrə Aparıcı Mühəndis

SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
438
Tam iş günü
Bakı, Azərbaycan
09.10.2025 03:58 - 09.11.2025 12:00

İş haqqında məlumat

  • SƏTƏM və Keyfiyyət prosedurlarına tam uyğunluğu təmin etmək, bütün fəaliyyətlərdə yüksək təhlükəsizlik standartlarına riayət etmək;
  • Elektron sistem vasitəsilə daxil olan mühəndislik tələblərini (“ER” sənədlərini) nəzərdən keçirmək və ilkin dizayn konsepsiyalarına dair texniki cavablar verməklə layihə xərclərinin və iş həcminin müəyyən edilməsinə töhfə vermək;
  • Elektrik mühəndisliyi üzrə sənədlərin texniki məsul şəxsi kimi sənədlərdə uyğun, dəqiq və nəzarətli dəyişiklikləri təmin etmək;
  • Birxətli sxemlər, yerləşmə planları, hesabatlar, material spesifikasiyaları (MTO) və digər mühəndislik sənədləri daxil olmaqla detallı elektrik layihələrini hazırlamaq;
  • Hazırlanmış layihə cizgiləri və sənədlərin şirkət prosedurlarına, texniki spesifikasiyalara, milli və beynəlxalq standartlara uyğunluğunu təmin etmək məqsədilə onları nəzərdən keçirmək və rəy bildirmək;
  • Tabeçiliyində olan əməkdaşlara verilmiş tapşırıqlar üzrə texniki dəstək göstərmək;
  • Mürəkkəb layihələr üzrə mühəndislik işlərini həyata keçirmək və ya bu layihələrə rəhbərlik etmək, hazırlanmış texniki həlləri müvafiq rəhbərliklə razılaşdırmaq;
  • Layihələrin icrası öncəsi istehsalat sahəsində sahə araşdırmaları aparmaq, ölçülər götürmək və praktik, sahəyə uyğun dizayn həlləri təqdim etmək;
  • Yeni avadanlıqlar üçün mövcud elektrik sistemindən enerji təminatı məqsədilə birləşmə nöqtələrini müəyyənləşdirmək;
  • Layihələrin icrası zamanı Tikinti komandalarına sahə mühəndisliyi dəstəyi göstərmək;
  • İstehsalat və Texniki Xidmət komandalarına texniki dəstək vermək və elektrik sistemlərinin etibarlılığını artırmaq üçün mühəndislik həlləri təqdim etmək;
  • Elektrik sistemi komponentləri üzrə material sifarişlərini (PR) tərtib etmək və ya yoxlamaq, eləcə də satınalma prosesi boyunca Satınalma komandasına texniki dəstək göstərmək.

Tələblər

  • Elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi;
  • Elektrik mühəndisliyi sahəsində texniki təlim və layihələndirmə bilikləri (üstünlük verilir);
  • Neft və qaz sənayesində elektrik sistemlərinin layihələndirilməsi və inşası üzrə minimum 5 il iş təcrübəsi;
  • IEC, IEEE, BS, API, GOST, GAP, PUE, SNiP, ISO kimi beynəlxalq və yerli standartlar barədə bilik və bu standartların sənaye layihələrində tətbiqi üzrə praktik təcrübə;
  • Layihələrin idarə olunması komandasında işləmə təcrübəsi (üstünlük verilir);
  • Prosedurların, spesifikasiyaların, beynəlxalq standartların və texniki sənədlərin oxunması və anlaşılması bacarığı;
  • İngilis dili üzrə yazılı və şifahi ünsiyyət bacarığı (minimum B2 səviyyəsində).