STDC

Elektrik montyor

STDC
Ə/h razılaşma ilə
239
Tam iş günü
Sumqayıt, Azərbaycan
08/10/2026 - 22/10/2026

İş haqqında məlumat

İş şəraiti 

  • İş saatları və iş günləri:  həftə içi beş gün saat 9:00-dan 18:00-dək 
  • Bakı və Sumqayıtdan servis nəqliyyat vasitisə ilə təmin edilir 
  • Əmək haqqı: razılaşma yolu ilə 
  • Ünvan: Sumqayıt şəhəri 

Tələblər

  • Elektrik şəbəkələrinin, elektrik panolarının, kabel xətlərinin və elektrik avadanlıqlarının quraşdırılmasını həyata keçirmək; 
  • Elektrik avadanlıqlarının planlı profilaktik baxışını və texniki xidmətini yerinə yetirmək; 
  • Nasazlıqları müəyyən etmək, diaqnostika aparmaq və aradan qaldırmaq; 
  • Paylayıcı lövhələrin, transformatorların, işıqlandırma sistemlərinin və digər elektrik qurğularının cari təmirini həyata keçirmək; 
  • Elektrik avadanlıqlarının təhlükəsiz istismarını təmin etmək; 
  • Elektrik ölçmə cihazlarından düzgün istifadə etmək və nəticələri qeydə almaq; 
  • Kabel xətlərinin çəkilməsi, birləşdirilməsi və markalanmasını yerinə yetirmək; 
  • Elektrik panolarında montaj və demontaj işlərini aparmaq 
  • Operativ çalışan, məsuliyyət, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmalıdır 
  • Bu sahədə 3 ildən artıq təcrübəsi olmalıdır  
  • Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir  
  • Təhsil: ali (energetika sahəsi üzrə)