Azəralüminium MMC

Elektrik montyoru (Gəncə şəhəri)

Azəralüminium MMC
Ə/h razılaşma ilə
407
Tam iş günü
Gəncə, Azərbaycan
10/08/2026 - 24/08/2026

İş haqqında məlumat

“Azəralüminium” MMC Gəncə şəhərində yerləşən istehsalat sahəsinə aşağıdakı tələblərə cavab verən mütəxəssisləri “Elektrik montyoru” vəzifəsinə dəvət edir.

  • Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinə nəzarət etmək;
  • Elektrik enerjisinin istehsal ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək monitorinq etmək;
  • Elektrik avadanlıqlarının quraşdırılması və texniki xidmət etmək;
  • Qəza və imtinaların (sıradan çıxma hallarının) təhlilində iştirak etmək;
  • Energetika, elektrik sistemi problemlərini, bu sahədə sahəsində yaranmış nasazlıqları aradan qaldırmaq, təmir etmək;
  • Elektrik, yanğın təhlükəsiliyi qaydalarını bilmək, riayət etmək və işçi heyətindən tələb etmək; 
  • Elektrik avadanlıqlarındakı nasazlıqları aradan qaldırılmaq.

“Azəralüminium”u öz sahəsində fərqləndirən əsas dəyərlər:

  • Texnoloji yenilik – çağdaş dövrün texnoloji yeniliklərinin tətbiq olunduğu avtomatlaşdırılmış və dünya standartlarına cavab verən müəssisədir;
  • Dayanıqlılıq və sabitlik – “Azəralüminium” ölkənin aparıcı alüminium istehsalçısı olmaqla uzunillik təcrübəyə malik sabit müəssisədir;
  • Rəqabətli sosial paket, qidalanma və nəqliyyat – sosial paket analoji bazarda ən yaxşılardandır, qidalanma və nəqliyyat müəssisə hesabına təmin edilir;
  • Sağlam mühit – Müəssisədə münasibətlər peşəkarlıq və etibar üzərində qurulub.
     

Tələblər

  • Ali və ya orta ixtisas təhsili (elektrik, elektroenergetika sahəsində);
  • Elektrik, energetika sahəsində minimum 1 il iş təcrübəsi;
  • Elektrik şəbəkələri, avadanlıqlarla iş təcrübəsi;
  • Azərbaycan dili biliyi sərbəst, xarici dil biliyi arzuolunandır;
  • 25-45 yaş

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun