Bakı,
Azərbaycan
18.03.24
-
17.04.24
İş haqqında məlumat
- Bina və obyektlərdə elektrik naqillərinin quraşdırılması və lazım gəldikdə hər hansı elektrik işlərinə rəhbərlik;
- Elektrik sistemlərinin, onların komponentlərinin və elektrik avadanlıqlarının tədqiq edilməsi, planlaşdırılması, qurulması, istismarı, saxlanması və təmiri ilə bağlı məsləhətlərin və təlimatların verilməsi;
- Bina içi elektrik xətlərin çəkilişinin həyata keçirilməsi;
- Torpaq altı kabel xətlərinin çəkilişi;
- Kabel kanalların çəkilişi;
- Sahədə aparılan elektrik işlərinə nəzarət etmək, qiymətləndirmək, müvafiq hesabatlar hazırlamaq və dəyişikliklər təklif etmək;
- Nasazlığın təyin edilməsi və aradan qaldırılması;
- Tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin təminatı üçün texniki dəstək;
- Elektrik təchizatı üzrə sınaq və yoxlamalar aparmaq;
- Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək;
- Elektrik təchizatı üzrə sənədlərin və hesabatların tərtib edilməsi;
- Layihələrin uğurla, vaxtında və büdcə çərçivəsində aparılmasına nəzarət.
Tələblər
- Təhsil: Elektrik sahəsi üzrə ali təhsil;
- Təcrübə: Tikinti sahəsi üzrə 5 ildən yuxarı təcrübə;
- Zəif axım sistemləri üzrə (CCTV, SMATV, İntercom, Yanğın) bilik və təcrübəsi olan;
- Elektrik sistemlərinin və layihələrinin sərbəst oxuma bacarığı;
- Hesabat hazırlama və analiz etmə bacarığı;
- Autocad proqramında işləmə bacarığı.
Elanın müddəti bitmişdir