Bakı,
Azərbaycan
19.07.24
-
18.08.24
İş haqqında məlumat
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərin sahəyə tətbiqi barədə hesabat təqdim etmək;
- Tikinti sahəsində elektrik sistemlərin tətbiqinin Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək;
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və tikinti prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
- Tikinti müddətində elektrik hissəsinin sahəyə tətbiqinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin iş həcmlərinə uyğunluğunu yoxlamaq;
- Layihənin layihələndirmə prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
- İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Tikinti sahəsinin elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Tələblər
- Təhsil: Elektrik mühəndisliyi üzrə ali təhsil;
- Təcrübə: Müvafiq sahə üzrə sifarişçi təcrübəsinin olması (minimum 3 il);
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı;
- Kompüter bacarıqları: ORACLE Aconex (başlanğıc səviyyə), MS Office, AutoCAD;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq;
- Komanda üzrü olmaq və ixtisası üzrə həll yollarını təqdim etmək.
Elanın müddəti bitmişdir