Green Tech

Elektrik mühəndisi

Ə/h razılaşma ilə
391
Tam iş günü
Bakı, Azərbaycan
07.04.25 - 07.05.25

İş haqqında məlumat

  • Elektrik aparatların və cihazların iş prinsiplərin bilməli;
  • Təmir edilən avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini, təmir, quraşdırma və montaj metodlarını təmir edilmiş avadanlığın dəqiqliyi və təcrübədən keçməsinin yoxlanılmasını bilməli;
  • Texnikaların elektrik hissələrinin təmir öncəsi periodik təmir-baxım işlərinin həyata keçirilməsini bacarmalı;
  • Elektrik qurğularının, avadanlıqlarının, mexanizmlərinin texniki vəziyyətinin  daim  yoxlanılması, aşkar olunan xırda nasazlıqların operativ surətdə aradan qaldırmalı;
  • İstifadə olunan avadanlıqların normal və təhlükəsiz  işləməsinin təmin  etməli;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Iş yeri Ramana qəsəbəsində yerləşir;
  • Koroğlu mt/s servis avtobusu vardır;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı razılaşma yolu ilə.

Tələblər

  • Təhsil: Ali təhsil (Elektrik mühəndisliyi);
  • Sahə üzrə 1-ildən yuxarı iş təcrübəsi;
  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilməli;
  • Detallara qarşı diqqətli, intizamlı və məsuliyyətli olmaq;
  • Planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları;
  • Yaş həddi 25-40;
  • Məsuliyyətli, dəqiq, kollektivlə iş bacarığı olmalı.