Baku Steel Company CJSC

Elektrik mühəndisi

Baku Steel Company CJSC
Ə/h razılaşma ilə
1253
Tam iş günü
Sumqayıt, Azərbaycan
24.06.2025 10:17 - 24.07.2025 12:00

İş haqqında məlumat

  • Elektrik layihələrinin hazırlanmasına və icrasına nəzarət etmək;
  • Elektrik yüklərinin və məsafəyə uyğun olaraq elektrik kabellərinin en kəsiyinin hesablanmasını aparmaq;
  • Avadanlıqların elektrikə dair sxem və detallarını anlamaq;
  • Elektrik dövrələrinin qurulması və sınaqdan keçirilməsini təmin etmək;
  • Elektrik avadanlıqlarında baş verən nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
  • Konstruktor sənədlərinin tərtib olunması üzrə müvafiq standartların tələblərini bilmək;
  • Transformatorların sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyası barədə biliklərə malik olmaq;
  • Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşunu və sxemlərini bilmək;
  • Paylayıcı qurğular və onların elementləri — açarlar, ayırıcılar, ölçü transformatorları, rele mühafizə sistemləri və s. haqqında ətraflı məlumatlı olmaq;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək;
  • İş yeri: Baku Steel Company, “Azərboru” İstehsalat Sahəsi, Sumqayıt şəhəri.

Tələblər

  • Ali təhsil (elektrik və ya elektroenergetika mühəndisliyi ixtisası üzrə);
  • Elektrik mühəndisliyi sahəsində minimum 1 il iş təcrübəsi (daha çox təcrübəyə malik olan namizədlərə üstünlük verilir);
  • Rus və ingilis dillərini bilmə bacarığı arzuolunandır;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Normativ və texniki sənədlərlə işləmək bacarığı.


Oxşar vakansiyalar