Bakı,
Azərbaycan
22.10.2025 14:53
-
22.11.2025 12:00
İş haqqında məlumat
- Cəmiyyətin elektrik təchizatı sistemlərini – əsas və ehtiyat xətləri, elektrik avadanlıqları, şitlər, panellər və naqil sistemlərini yoxlamaq və daim işlək vəziyyətdə saxlamaq;
- Elektrik avadanlıqlarına müntəzəm texniki xidmət göstərmək və planlı təmir işlərini həyata keçirmək;
- Avtomatlaşdırılmış istehsal xətlərində istifadə olunan elektrik komponentlərinin düzgün işləməsini təmin etmək;
- Yeni elektrik xətləri çəkmək, mövcud sistemləri yeniləmək və enerji səmərəliliyini artırmaq üçün layihələrdə iştirak etmək;
- İstehsalat prosesində enerji fasilələrinin qarşısını almaq və fasiləsiz fəaliyyət üçün zəruri tədbirlər görmək;
- Gərginlik, cərəyan və enerji sərfiyyatı ilə bağlı ölçmələr aparmaq və qeydlər aparmaq;
- Sınaq, təmir və texniki xidmət üçün tələb olunan avadanlıq və materialların spesifikasiyasını hazırlamaq;
- Şöbənin fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanmasında iştirak etmək;
- İş yeri: Sumqayıt şəhəri;
- İş qrafiki: 5 günlük;
- İş saatları: 08:30-17:30;
- Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında bildirələcək.
Tələblər
- Ali təhsil (Energetika, enerji idarə edilməsi və yaxın texniki sahələr üzrə);
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Elektrik avadanlığın istismarını ,texniki qulluq qaydalarını, iş rejimlərini ,texniki xüsusiyyətlərini və konstruksiyasını bilmək;
- Məsuliyyət və Diqqətlilik;
- Çeviklik və uyğunlaşma.