Bakı,
Azərbaycan
04/12/2025
-
11/12/2025
İş haqqında məlumat
- İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, təhvil-təslim prosesində iştirak etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Quraşdırılacaq avadanlıq və materialların seçilməsində iştirak;
- Elektrik quraşdırma işlərinin düzgün və normativlərə uyğun aparılmasının təmin edilməsi;
- Texniki sənədlərin və quraşdırma sxemlərinin yoxlanılması;
- Avadanlıqların və sistemlərin test edilməsinin, işə salınmasının və yoxlanılmasının həyata keçirilməsi;
- Görülən işlər üzrə hesabatların hazırlanmasını və layihə sənədlərinin saxlanmasının təmin edilməsi.
İş şəraiti:
- İş yeri: Piraallahı
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: müsahibə əsasində namizədin bilik təcrübə və bacarıqlarına əsasən
- Zavoda nəqliyyat xidməti var
Tələblər
- Ali təhsil (müvafiq mühəndislik ixtisası üzrə)
- Elektrik mühəndisliyi sahəsində minimum 3 il iş təcrübəsi (istehsalat sahəsi arzuolunandır)
- Elektrik layihə sənədlərinin hazırlanması və texniki sənədləşmə üzrə bilik;
- Mühəndislik proqramlarında işləmə bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Elektrik mühəndisi” qeyd edərək"CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.