Green Tech

Elektrik mühəndisi

Green Tech
900 - 1000 ₼
169
Tam iş günü
Bakı, Azərbaycan
05/12/2025 - 12/12/2025

İş haqqında məlumat

  • Elektrik aparatlarının və cihazlarının iş prinsiplərini bilməli;
  • Təmir edilən avadanlıqların konstruktiv xüsusiyyətlərini, mexanizmini, təmir, quraşdırma və montaj metodlarını, həmçinin təmir olunmuş avadanlığın dəqiqlik və sınaq yoxlamalarını bilməli;
  • Texnikaların elektrik hissələrinin təmir öncəsi periodik baxım və texniki xidmət işlərini yerinə yetirməyi bacarmalı;
  • Elektrik qurğularının, avadanlıqların və mexanizmlərin texniki vəziyyətini daimi nəzarətdə saxlamalı, aşkar olunan xırda nasazlıqları operativ şəkildə aradan qaldırmalı;
  • İstifadə olunan avadanlıqların normal və təhlükəsiz işləməsini təmin etməli.

İş barədə məlumat

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş yeri: Binə qəsəbəsi;
  • Koroğlu metro stansiyasından servis avtobusu mövcuddur;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı: 900–1000 AZN (namizədin bilik və bacarıqlarına əsasən).

Tələblər

  • Təhsil: Ali təhsil (Elektrik mühəndisliyi üzrə);
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu yaxşı bilməli;
  • Detallara qarşı diqqətli, intizamlı və məsuliyyətli olmalı;
  • Planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqlarına sahib olmalı;
  • Yaş həddi: 25–40;
  • Məsuliyyətli, dəqiq və kollektivlə işləmək bacarığına malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər CV-ni  "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.Emailin mövzu hissəsində “Elektrik mühəndisi” yazılması xahiş olunur.