AE

Elektrik Mühəndisi

AAN Elektromontaj MMC
Ə/h razılaşma ilə
593
Tam iş günü
Bakı, Azərbaycan
27/02/2026 - 13/03/2026

İş haqqında məlumat

  • Tikinti sahəsində elektrik işlərinin layihəyə, norma və standartlara uyğun icrasına nəzarət etmək.
  • Elektrik sistemlərinin (işıqlandırma, güc xətləri, paylayıcı lövhələr və s.) quraşdırılmasını təşkil etmək və icra prosesini izləmək.
  • Sahədə elektrik montaj işlərinin keyfiyyətinə və təhlükəsizliyinə nəzarət etmək.
  • Elektrik avadanlıqlarının düzgün seçilməsi, yerləşdirilməsi və istismar tələblərinə uyğunluğunu təmin etmək.
  • Podratçı və briqadaların elektrik işləri üzrə fəaliyyətini koordinasiya etmək.
  • Layihə sənədlərini (elektrik sxemləri, planlar, spesifikasiyalar) oxumaq və tətbiq etmək.
  • Elektrik materiallarının (kabel, avtomat, şit avadanlıqları və s.) texniki göstəricilərini yoxlamaq və qəbul prosesində iştirak etmək.
  • Elektrik işləri üzrə gündəlik sahə yoxlamaları aparmaq və hesabatlar hazırlamaq.
  • Nasazlıqların aşkar edilməsi və operativ şəkildə aradan qaldırılması üçün tədbirlər görmək.
  • Elektrik sistemlərinin test və yoxlama işlərini (sınaqlar, ölçmələr) həyata keçirmək.
  • Təhlükəsizlik qaydalarına (Elektrik təhlükəsizliyi, Əməyin mühafizəsi) ciddi riayət olunmasını təmin etmək.
  • Təmir-tikinti işlərinin təhvil-təslim mərhələsində texniki sənədləşmədə iştirak etmək.

Tələblər

  • AutoCAD və digər mühəndis proqramlarında işləmək bacarığı
  • Dil bilikləri: Azərbaycan dili - səlis; Rus dili – yaxşı
  • Elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil.
  • Tikinti sahəsində elektrik işləri üzrə minimum 1-3 il iş təcrübəsi.
  • Elektrik layihələrinin oxunması və sahədə tətbiqi bacarığı.
  • Elektrik avadanlıqları, kabel sistemləri və paylayıcı şitlər üzrə biliklər.
  • Azərbaycan Respublikasının elektrik norma və təhlükəsizlik qaydalarını bilmək.
  • Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə qabiliyyəti.
  • Komanda ilə işləmək və sahə şəraitində fəaliyyət göstərmək bacarığı

İş şərtləri: Əmək haqqı müsahibə əsasında təyin olunacaq

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.