Bakı,
Azərbaycan
16/04/2026
-
30/04/2026
İş haqqında məlumat
- Elektrik sistemlərinin layihələndirilməsi və nəzarəti
- Elektrik avadanlıqlarının quraşdırılması və texniki xidmətinin təşkili
- Elektrik sxemlərinin oxunması və hazırlanması
- Avadanlıqlarda yaranan nasazlıqların aşkar olunması və aradan qaldırılması
- Təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi.
- 6 günlük iş qrafiki;
- İş saatları: 08:00 – 17:00, (13:00 – 14:00 nahar fasiləsi)
- İstirahət günləri: Bazar
- Əmək haqqı 1800 – 2500 AZN (təcrübəyə görə dəyişir)
Tələblər
- Ali və ya orta ixtisas təhsil (Elektrik mühəndisliyi üzrə)
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- Elektrik sxemlərini oxuma bacarığı
- Texniki problemləri analiz etmə və həll etmə bacarığı
- Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı
- Analitik düşünmə və müqayisəli təhlil bacarığı
- Güclü ünsiyyət və danışıqlar aparmaq qabiliyyəti
- Komandada işləmək bacarığı
Üstünlüklər:
- AutoCAD, digər proqram bilikləri
- Tikinti sahəsində təcrübə
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.