Chirag Plaza

Elektrik mühəndisi

Chirag Plaza
Ə/h razılaşma ilə
230
Tam iş günü
Bakı, Azərbaycan
17/09/2026 - 01/10/2026

İş haqqında məlumat

  • Elektrik təchizatı sistemlərinin layihələndirilməsi, təkxətt sxemlərinin, plan və kabel marşrutlarının hazırlanması;
  • Elektrik yükləri və digər texniki hesablamaların aparılması;
  • Elektrik avadanlıqları, kabellər, qoruyucu qurğular və digər materialların seçilməsi;
  • Material və işçilik siyahılarının hazırlanması və sifariş prosesinin koordinasiyası;
  • Layihə və texniki sənədlərin hazırlanması və sənədləşmə prosesinin idarə olunması;
  • Tikinti və montaj işlərinə texniki nəzarətin həyata keçirilməsi və işlərin təhvil alınması;
  • Podratçı və tikinti şirkətləri ilə texniki məsələlərin koordinasiyası;
  • Mövcud elektrik sistemlərinə texniki baxışların keçirilməsi və texniki problemlərin həlli;
  • Layihələrin icrası zamanı texniki uyğunluğun və təhlükəsizlik tələblərinin təmin edilməsi;

Tələblər

  • Müvafiq sahədə 2–3 il iş təcrübəsi;
  • Elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Elektrik sistemlərinin layihələndirilməsi və texniki hesablamalar üzrə bilik;
  • AutoCAD və ya oxşar proqramlarda işləmək bacarığı;
  • Adobe Photoshop üzrə praktiki bilik və bacarıqlar əlavə üstünlükdür;
  • Elektrik sxemlərini və texniki çertyojları oxumaq bacarığı;
  • Layihə və texniki sənədlərlə işləmək bacarığı;
  • Elektrik avadanlıqları və montaj prosesləri haqqında praktiki bilik;
  • Normativ-texniki tələblər barədə ümumi anlayış;

Şəxsi keyfiyyətlər:

  • Analitik və sistemli düşüncə;
  • Yüksək diqqət və dəqiqlik;
  • Texniki problemləri operativ təhlil etmək və effektiv həll etmək bacarığı;
  • Yüksək məsuliyyət və iş intizamı;
  • Çevik və nəticəyönümlü yanaşma;
  • Təhlükəsizlik və keyfiyyət standartlarına riayət;

Şirkətin təklifləri:

  • Könüllü tibbi sığorta (sınaq müddətindən sonra);
  • Peşəkar və dinamik iş mühiti;
  • Stabil əmək haqqı və performansa əsaslanan inkişaf imkanları;
  • Şirkətdaxili təlimlər və peşəkar inkişaf dəstəyi;
  • Enerji və elektromobil sahəsində praktiki biliklər əldə etmək imkanı.