

89803 noyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriYoxdur
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriYoxdur
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
İş haqqında
Əsas vəzifə öhdəlikləri:
- Binanın elektrik və enerji təchizatı sistemlərinin fasiləsiz, təhlükəsiz və etibarlı fəaliyyətini təmin etmək.
- 0.4 kV və 35 kV elektrik sistemlərinin, transformator yarımstansiyalarının, generator, UPS və elektrik paylayıcı lövhələrin texniki vəziyyətinə nəzarət etmək.
- Elektrik avadanlıqları, kabel xətləri, torpaqlama və ildırımdan mühafizə sistemlərinin işləkliyini yoxlamaq.
- Ümumi istifadə sahələrinin, texniki otaqların, avtodayanacağın və digər sahələrin elektrik və işıqlandırma sistemlərinin istismarına nəzarət etmək.
- Lift, nasosxana, yanğın siqnalizasiya və fövqəladə işıqlandırma sistemlərinin elektrik təchizatının etibarlılığını təmin etmək.
- Elektrik sistemləri üzrə profilaktik baxış, texniki xidmət və təmir işlərini planlaşdırmaq və icrasına nəzarət etmək.
- Elektrik avadanlıqlarında yaranan nasazlıqları müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırılmasını təşkil etmək.
- Generator və UPS sistemlərinin mütəmadi sınaqlarını təşkil etmək, ehtiyat enerji mənbələrinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək.
- Elektrik yüklərinin balansına, enerji sərfiyyatına və sayğac göstəricilərinə nəzarət etmək, enerji səmərəliliyinin artırılması üzrə tədbirlər hazırlamaq.
- Elektrik layihələrini və texniki sxemləri yoxlamaq, yeni avadanlıqların quraşdırılması və istismara verilməsinə texniki nəzarət etmək.
- Elektrik texniki heyətinin və podratçı təşkilatların fəaliyyətini koordinasiya etmək, görülən işlərin keyfiyyətinə nəzarət etmək.
- Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək.
- Texniki xidmət, təmir və istismar işlərinə dair sənədləşməni aparmaq, görülmüş işlər və mövcud problemlər barədə rəhbərliyə hesabat təqdim etmək.
Vəzifənin ilkin tələbləri:
- Elektrik mühəndisliyi və ya energetika üzrə ali texniki təhsil.
- Elektrik sistemlərinin istismarı və texniki xidməti sahəsində 3 - 5 il iş təcrübəsi.
- 0.4 kV və 35 kV elektrik sistemləri, transformator yarımstansiyaları üzrə praktiki biliklər.
- Generator, UPS, elektrik paylayıcı lövhələr və avtomatika sistemləri üzrə bilik və təcrübə.
- Elektrik layihələrini, sxemləri və texniki çertyojları oxumaq bacarığı.
- Elektrik nasazlıqlarının diaqnostikası və aradan qaldırılması bacarığı.
- Texniki heyətin və podratçıların fəaliyyətini koordinasiya etmək bacarığı.
- Elektrik təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarını bilmək.
- 35 kV elektrik qurğularında müvafiq işlərin görülməsi üçün tələb olunan V ixtisas qrupuna malik olmaq.
- Məsuliyyətlilik, operativlik, analitik düşünmə və komandada işləmək bacarığı.



.png)
.png)