Amal Group

Elektrik mühəndisi (Qubadlı rayonu)

Amal Group
2200 - 2800 ₼
3319
Tam iş günü
Qubadlı, Azərbaycan
05/02/2026 - 19/02/2026

İş haqqında məlumat

  • Elektrik sahəsi üzrə iş bölgüsü aparmaq və onu təşkil etmək;
  • Hasilat sahəsinin enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təşkil etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsi istiqamətində tədbirlər görmək və təkliflər vermək;
  • Elektrik enerji ehtiyatlarının sərf edilməsinin xüsusi normasını və enerji ehtiyatından səmərəli istifadə edilməsinə təşkil etmək;
  • Şəbəkənin və elektrik avadanlıqlarının xidmətinin təhlükəsiz istismarını təşkil etmək;
  • Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsini təşkil etmək;
  • Cəmiyyətdə işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təşkil etmək;
  • Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə təlimatları hazırlanmasını təşkil etmək;
  • Plan üzrə texniki təmir vəziyyətinin yaxşılaşmasına aid tabeliyində olan işçilərlə vaxtaşırı müzakirələrin aparılmasını təmin etmək;
  • Cəmiyyət üzrə və həmçinin ayrı-ayrı texnoloji sexlər üzrə vahid məhsula düşən elektrik enerjisinin hazırlanıb rəhbərliyin təsdiqinə təqdim etmək;
  • Bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş müvafiq tədbirlərin icra edilməsini təşkil etmək;
  • Ehtiyat hissələrinin və materialların, avadanlıqların tələbatına əsasən hasilat sahəsinin enerji təsərrüfatını təmin etmək;
  • Xüsusilə mürəkkəb qoşma sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərmək;
  • İkinci kommunikasiya və adi rele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılmasını təşkil etmək;
  • İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsini təşkil etmək;
  • Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək;
  • Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxemini, qurğuları yoxlamaq və qüsurların aradan qaldırılmasını təşkil etmək;
  • Elektromaqnit idarəetmə sistemli cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsininə nəzarət etmək;
  • Elektriklərin işinə nəzarət etmək və sahə rəisinə aşkarlanmış nöqsanlar, habelə görülən işlər barədə məlumat vermək;
  • İşdən azad edilən zaman icra etdiyi işlərin son hesabatlarını son iş gününə qədər işləyib hazırlayaraq təhvil-təslim etmək;

İş şəraiti:

  • İş qrafiki və qeydlər: 6 günlük iş qrafiki
  • İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)
  • Əmək haqqı: 2200-2800 AZN 

Tələblər

  • Təhsil: Ali (Elektrik  mühəndisi sahəsi üzrə)
  • İş stajı: Elektrik  mühəndisi kimi 3-5 il arası təcrübə
  • Yaş həddi: 25-50
  • AutoCad proqramı bilməsi mütləqdir.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar