

Elektrik mühəndisi (Transformator layihəçisi)
ATEF Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
1859
Tam iş günü
Bakı,
Azərbaycan
15.09.2025 10:15
-
15.10.2025 12:00
İş haqqında məlumat
- Transformator haqqında ilkin tələbləri oxumaq və analiz etmək;
- Verilmiş tələblərə uyğun layihə hazırlamaq;
- Tender sənədlərini hazırlamaq;
- İstehsal olunacaq transformatorların layihə sənədlərinin hazırlanması;
- Transformatorun elektrik avadanlıqlarını seçmək.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
- 5 günlük iş həftəsi;
- Nahar fasiləsi: 12:00-13:00;
- Nahar müəssisə tərəfindən təmin edilir.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Elektrik Mühəndisi” Mövzu bölməsində göstərin.
Tələblər
- Ali təhsilli (elektrik mühəndisliyi üzrə bakalavr və ya magistr);
- Elektrik maşınları (xüsusilə transformatorlar) barəsində təməl biliklərə sahib olmalı;
- Elektrotexnikanın əsaslarını bilməli;
- ГОСТ 11677-85 və IEC 60076 standartları haqqında məlumatlı olmalı;
- Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması;
- AutoCad və MS Office proqramlarında işləməyi bilməli;
- Yeni biliklər öyrənməyə yüksək motivasiya və maraqlı olmalı;
- Transformatorlar və ya enerji sistemləri mövzusunda layihə və ya təcrübə keçməsi arzuolunandır;
- Zavod daxili təhlükəsizlik qaydaları haqqında məlumatlı olmalı;
- Dil biliyi : İngilis və Rus dili.
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Komandada işləmək bacarığına malik olmalı;
- Məsuliyyətli, diqqətli və dəqiq olmalı;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması.