Bakı,
Azərbaycan
22/05/2026
-
05/06/2026
İş haqqında məlumat
- Qaynaq işlərinin icrası;
- Qaynaq ediləcək metal səthlərin təmizlənməsi, kəsilməsi və qaynağa hazırlanması;
- Metal konstruksiyaların qaz ilə kəsilməsi işlərinin aparılması;
- Keyfiyyətə nəzarət edilməsi;
- İstifadə olunan qaynaq aparatlarının, kabel və şlanqların işlək və saz vəziyyətdə saxlanılması.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00 (həftədə 5 gün);
- Servis xidməti mövcuddur (avtobus);
- Nahar şirkət tərəfindən təmin olunur;
- Peşəkar inkişaf imkanı.
- İş yeri: Bakı şəhəri, Binəqədi qəsəbəsi
- Ezamiyyətlər: Nəzərdə tutulmur
- Sınaq müddəti: Minimum 3 ay
Tələblər
- Peşə təhsili (Müvafiq sahə üzrə diplom və ya sertifikat);
- Yaş həddi 25 və yuxarı;
- Neft-qaz sahəsi üstünlük təşkil etməklə və ya tikinti, istehsalat üzrə ən az 2 il iş təcrübəsi;
- Elektrik qaz qaynaqçısı ixtisası üzrə sertifikat (ən azı 4-cü və ya 5-ci dərəcə);
- Boru kəmərlərinin qaynağı üçün xüsusi attestasiya (digər qaynaq növləri üzrə sertifikatlar arzuolunandır);
- İntizamlı, məsuliyyətli və dəqiq olması;
- Kollektivdə işləmək bacarığı;
- Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi.
Biliklər:
- Müxtəlif növ metalların xüsusiyyətlərini bilmək;
- Qaynaq aparatlarının, qaz balonlarının və digər avadanlıqların iş prinsiplərini bilmək;
- Texniki çertyojları oxumaq bacarığı;
- Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarını bilmək.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.