Bakı,
Azərbaycan
07/01/2026
-
21/01/2026
İş haqqında məlumat
Bakı Metropoliteni Elektrik təchizatı üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
Elektrik təchizatı sistemlərinin təhlükəsiz və dayanıqlı fəaliyyətinə mühüm töhfə vermək, həmçinin bu sahədə praktiki bilik və təcrübə qazanmaq istəyirsinizsə, bu fürsət sizin üçündür.
Proqram sizə nə qazandıracaq?
- 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
- Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
- Təcrübə dövründə aylıq əməkhaqqı
- Təcrübənin sonunda davamlı işə qəbul imkanı
- Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Seçim prosesi necə aparılır?
- İxtisas üzrə test imtahanı
- Ətraflı müsahibə
- Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir?
- Metropolitendən ödənişsiz istifadə
- Nahar (güzəştli)
Tələblər
- Cinsindən asılı olmayaraq, yaşı 22-35 arası olan gənclər
- Təhsili elektrik mühəndisi, elektroenergetika və avtomatika üzrə olan məzunlar