Bakı Metropoliteni

Elektrik təchizatı üzrə təcrübə proqramı

Bakı Metropoliteni
Ə/h razılaşma ilə
731
Tam iş günü
Bakı, Azərbaycan
03/04/2026 - 17/04/2026

İş haqqında məlumat

Bakı Metropoliteni Elektrik təchizatı üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!

Elektrik təchizatı sistemlərinin təhlükəsiz və dayanıqlı fəaliyyətinə mühüm töhfə vermək, həmçinin bu sahədə praktiki bilik və təcrübə qazanmaq istəyirsinizsə, bu fürsət sizin üçündür.

Proqram sizə nə qazandıracaq?

  • 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
  • Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
  • Təcrübə dövründə aylıq əməkhaqqı
  • Təcrübənin sonunda davamlı işə qəbul imkanı
  • Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

Seçim prosesi necə aparılır?

  • İxtisas üzrə test imtahanı
  • Ətraflı müsahibə
  • Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

Metropoliten sizə nə vəd edir?

  • Metropolitendən ödənişsiz istifadə
  • Nahar (güzəştli)

Tələblər

  • Cinsindən asılı olmayaraq, yaşı  22-35 arası olan gənclər
  • Təhsili elektrik mühəndisi, elektroenergetika,  avtomatika -proseslərin avtomatlaşdırılması  üzrə olan məzunlar
  • Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.