Bakı,
Azərbaycan
12.09.2025 05:49
-
12.10.2025 12:00
İş haqqında məlumat
- Xüsusilə mürəkkəb qoşma sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərmək;;
- İkinci kommunikasiya və adi rele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılmasında iştirak etmək;
- İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyala-rında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsində iştirak etmək;
- Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək;
- Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxemini, qurğuları yoxlamaq və qüsurları aradan qaldırmaq;
- Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərmək; Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərmək;
- Elektromaqnit idarəetmə sistemli cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsini təmin edilməsində iştirak etmək;
- Şəbəkənin və elektrik avadanlıqlara olan xidməti təhlükəsiz yerinə etmək;
- Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsinin təşkil edilməsində iştirak etmək;
- Elektrik mühəndisinə aşkarlanmış nöqsanlar, habelə görülən işlərbarədə məlumat vermək.
Tələblər
- Azərbaycan dili səlis, ingilis arzuolunandır;
- Elektrik mühərriklərinin quruluşunu və birləşmə sxemlərini bilmək, invertorların və müxtəlif işə salma avadanlıqlarının dövrəyə qoşulma qaydalarını bilmək;
- "Elektrik Qurğularının Texniki İstismar Qaydaları"nı və "Elektrik Təhlükəsizliyi Qaydaları"nı bilmək;
- Elektrik mühərriklərinin quruluşunu və birləşmə sxemlərini bilmək, invertorların və müxtəlif işə salma avadanlıqlarının dövrəyə qoşulma qaydalarını bilmək;
- Enerji təsərrüfatının birxətli və prinsipial elektrik sxemlərini oxumağı bacarmaq, elektrik avadanlıqlarının güc və ölçü transformatorlarının, orta və yüksək gərginlikli elektrik açarlarının quruluşunu və iş prinsipini bilmək;
- Elektrik avadanlıqlarının torpaqlama və izolyasiya müqavimətlərini ölçməyi bacarmaq; • Elektrik ölçü cihazlarından və fərdi mühafizə vasitələrindən düzgün istifadə etməyi bacarmaq.
- Məsuliyyətlilik, Əməkdaşlıq, Çeviklik, Məqsədyönlülük, Nizam-intizam, Operativlik;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil arzuolunandır;
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.