Elektrik Texnikisi (Kabel çəkilişi / İnvertor / Günəş Enerji Sistemləri)
Energy Monitoring MMC
Ə/h razılaşma ilə
378
Tam iş günü
Bakı,
Azərbaycan
05/06/2026
-
19/06/2026
İş haqqında məlumat
Günəş enerji sistemləri və elektrik infrastruktur layihələrində kabel çəkilişi, invertorların və elektrik avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidmət işlərinin həyata keçirilməsi.
- Elektrik kabellərinin çəkilişi və düzgün qoşulması;
- İnvertorların və elektrik avadanlıqlarının montajı;
- Günəş enerji sistemlərinin elektrik hissəsinin quraşdırılması;
- Elektrik sxemlərinin oxunması və tətbiqi;
- Sistemlərin test edilməsi və işə salınması;
- Nasazlıqların aşkarlanması və aradan qaldırılması;
- Texniki xidmət və profilaktik baxım işləri;
- Əməyin mühafizəsi qaydalarına riayət edilməsi.
Tələblər
- Elektrik sahəsində minimum 2 il təcrübə;
- Kabel çəkilişi və invertor montajı üzrə praktiki bacarıq;
- Elektrik sxemlərini oxuma bacarığı;
- Multimetr və ölçü cihazlarından istifadə təcrübəsi;
- Hündürlükdə işləmə bacarığı;
- Günəş enerji sistemlərində (Solar PV) təcrübə üstünlükdür.
Üstünlüklər:
- Solar PV layihələrində iş təcrübəsi;
- Elektrik təhlükəsizliyi üzrə sertifikatlar;
- Sənaye elektrik montaj təcrübəsi.
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətlilik və diqqət;
- Operativlik;
- Komanda ilə işləmə bacarığı;
- Nəticəyönümlülük;
- Nizam-intizam.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.