Bakı,
Azərbaycan
04/08/2026
-
04/09/2026
İş haqqında məlumat
- Elektrik və zəif axın sistemləri üzrə montaj işlərində elektrik ustasına dəstək olmaq;
- Kabel çəkilişi, kabel kanalı (tray), boru və montaj aksesuarlarının quraşdırılmasında iştirak etmək;
- Rozetka, açar, işıqlandırma avadanlıqları və elektrik panolarının quraşdırılmasına kömək etmək;
- CCTV, yanğın siqnalizasiya, girişə nəzarət və digər zəif axın sistemlərinin montaj işlərində iştirak etmək;
- Drel, laqonda (UŞM), perforator və digər əl alətlərindən təhlükəsiz və düzgün istifadə etmək;
- Avadanlıq və alətlərin hazırlanmasını, səliqəli saxlanılmasını təmin etmək;
- Verilən texniki tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Əlavə məlumat:
- İş yeri: Azin Technology
- İş yeri ünvanı: Binəqədi rayonu, Pasyolka Kirov
- Əmək haqqı: 700
Tələblər
- Yaş həddi: 20 – 35 yaş
- Elektrik və ya əlaqəli sahə üzrə minimum 6 ay – 1 il iş təcrübəsi (1–2 il üstünlükdür);
- Elektrik montaj işləri, kabel çəkilişi və kabel traylarının quraşdırılması barədə praktik anlayış;
- Drel, laqonda (UŞM), perforator və digər əl alətləri ilə işləmə bacarığı;
- Rozetka, açar, işıqlandırma avadanlıqları və elektrik panolarının montajı üzrə ilkin bilik;
- Elektrik sxemlərini oxumaq bacarığı üstünlükdür;
- Texniki təhlükəsizlik qaydalarını bilmək və onlara riayət etmək;
- Fiziki cəhətdən aktiv işləməyə uyğun olmaq;
- Məsuliyyətli, intizamlı, diqqətli və komandada işləmə bacarığı;
- Ezamiyyətlərdə işləməyə hazır olmaq.
Müraciət qaydası:
- CV-lərinizi “Mövzu” hissəsində” Elektrik üzrə köməkçi ” qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərməyiniz xahiş olunur:
- [email protected]
CV-si olmayan namizədlər özləri haqqında qısa məlumatı yazılı şəkildə 994 70 329 20 64 nömrəsinə göndərə bilərlər.
Xahiş edirik, zəng etməyin.