İş haqqında məlumat
Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz bir yol təqdim etməkdir. Xidmətimiz işə getmək yaxud sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsi ilə elektrikli və pedallı velosipedlərin icarəsini təqdim edir.
- Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.
İş barədə məlumat:
- İş saat: 1-5 günlər/saat 09.00-18.00;
Elektrikli velosipedlərin baxımı və təmiri sahəsində təcrübəli və peşəkar Elektrikli Velosiped Ustasını komandamıza qatmaq istəyirik. Bu vəzifə, müştərilərimizə təqdim etdiyimiz elektrikli velosipedlərin mükəmməl işlək vəziyyətdə olmasını təmin etməyi əhatə edir. Müvəffəqiyyətli namizəd, elektrikli velosipedlərin elektrik sistemlərinin baxımı, təmiri və yüksək səviyyəli texniki dəstəyi göstərməklə məşğul olacaq.
- Elektrikli velosipedlərin baxım və təmir işlərinin həyata keçirilməsi;
- Elektrikli velosipedlərin batareyaları və digər elektrik komponentlərinin yoxlanılması və təmiri;
- Nasazlıqların diaqnostikası və effektiv həll yollarının tətbiqi;
- Müştərilərə elektrikli velosipedlərin düzgün istifadəsi və saxlanılması ilə bağlı məsləhətlərin verilməsi;
- Yeni gələn elektrikli velosiped modelləri ilə işləmək üçün lazımi təlim və biliklərin əldə edilməsi.
Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Elektrikli Velosiped Ustası” yazaraq [email protected] ünvanına göndərmənizi xahiş edirik.
- 0552039889
Tələblər
- Elektrikli velosipedlərin baxımı və təmiri sahəsində ən azı 2 il iş təcrübəsi;
- Elektrik sistemləri, batareyalar və elektrik motorları haqqında dərin biliklər;
- Müştəri məmnuniyyətini əsas götürən iş prinsipi;
- Məsuliyyətli, dəqiq və sistemli iş yanaşması;
- Komanda ilə sıx işləmək bacarığ.