İş haqqında məlumat
Bakı Metropoliteni Elektromexanika üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
Bakı Metropolitenində nasos və ventilyasiya sistemlərinin təhlükəsiz, fasiləsiz və dayanıqlı fəaliyyəti sərnişinlərin komfortu və fövqəladə hallarda etibarlı iş prinsiplərinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Əgər siz də elektromexanika sahəsində praktiki bilik və bacarıqlar əldə etmək, həmçinin bu istiqamətdə təcrübə qazanmaq istəyirsinizsə, bu fürsət sizin üçündür.
Proqram sizə nə qazandıracaq?
- 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
- Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
- Təcrübə dövründə aylıq əməkhaqqı
- Təcrübənin sonunda davamlı işə qəbul imkanı
- Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Seçim prosesi necə aparılır?
- İxtisas üzrə test imtahanı
- Ətraflı müsahibə
- Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir?
- Nahar (güzəştli)
- Metropolitendən ödənişsiz istifadə
Tələblər
- Cinsindən asılı olmayaraq, yaşı 22-35 arası olan gənclər
- Təhsili elektrik mühəndisi, avtomatlaşdırma, avtomatika və idarəetmə, elektronika, mexanika və texnoloji maşınlar üzrə olan məzunlar
- Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.