Elektronika məhsulları üzrə servis əməliyyatları meneceri
Baku Electronics
Ə/h razılaşma ilə
784
Tam iş günü
Bakı,
Azərbaycan
31.10.2025 03:34
-
30.11.2025 12:00
İş haqqında məlumat
- Baku Electronics-in müxtəlif regionlarda yaradılacaq elektronika məhsulları üzrə texniki servis nöqtələrinin fəaliyyətinə rəhbərlik etmək;
- Servis proseslərinin (cihaz qəbulu, diaqnostika, təmir, təhvil və müştəri xidməti) vahid standartlara uyğun və effektiv şəkildə həyata keçirilməsini təmin etmək;
- Servis nöqtələrinin texniki, inzibati və əməliyyat infrastrukturunun qurulması və davamlı fəaliyyətinə nəzarət etmək;
- Texniki heyətin seçimi, vəzifə bölgüsü, gündəlik fəaliyyət və performans idarəçiliyini həyata keçirmək;
- Ehtiyat hissələrinin idarə olunması (sifariş, tədarük, qəbul, stoklama və keyfiyyət nəzarəti) proseslərini koordinasiya etmək;
- KPI göstəricilərinə əsasən servis nöqtələrinin fəaliyyətini təhlil etmək, inkişaf planları hazırlamaq və tətbiqini izləmək;
- Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin artırılması üçün yeni təşəbbüslər irəli sürmək və icrasına nəzarət etmək;
- Rəhbərliyə servis nöqtələrinin performansı, xərcləri və inkişaf layihələri barədə mütəmadi analitik hesabatlar təqdim etmək;
- Yeni servis nöqtələrinin açılış planlarını, texniki təchizat və işçi resurslarının təminatını vaxtında və səmərəli şəkildə həyata keçirmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Mobil telefon, kompüter və digər elektron cihazların servis prosesi üzrə ən azı 2 illik təcrübə;
- Ehtiyyat hissələrinin tədarük və idarəetmə prosesləri barədə bilik və təcrübə;
- Analitik düşüncə, məsuliyyət və qərarvermə bacarığı;
- MS Office proqramlarını (xüsusilə Excel) - Yüksək