Improtex Motors

Elektronika mühəndisi

Improtex Motors
Ə/h razılaşma ilə
2223
Tam iş günü
Bakı, Azərbaycan
30.07.2025 23:52 - 30.08.2025 12:00

İş haqqında məlumat

  • CODESYS mühitində PLC proqramlaşdırması (Structured Text – ST) ilə işləmək;
  • C proqramlaşdırma dilini bilmək, Python biliyi üstünlükdür;
  • Mikrokontrollerlərlə işləməkdə çətinlik çəkməmək.
  • Dövriyyə sxemlərini (PCB) hazırlamaq və analiz etmək;
  • Müvafiq proqram təminatı ilə (Proteus, OrCAD, MATLAB, və s.) işləmək;
  • Elektrik və elektron avadanlıqların texniki spesifikasiyalarını hazırlamaq;
  • Sınaq, ölçmə və texniki yoxlama işlərini aparmaq;
  • Mövcud sistemlərin modernizasiyası və texniki təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Avadanlıqların texniki nasazlıqlarının təhlili və aradan qaldırılması;
  • İstehsalatda istifadə ediləcək elektron sistemlərin təhlükəsizlik standartlarına uyğunluğunu təmin etmək;
  • Layihələr üzrə texniki hesabatlar və sənədlər hazırlamaq;
  • Komandada digər mühəndislərlə əməkdaşlıq etmək və texniki məsləhətlər vermək.
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə 
  • 6 günlük iş rejimi
  • Həftə içi günlər saat 09:00-dan 17:00-dək
  • Şənbə günü 09:00-dan 14:00-dək
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq
  • Yaş həddi: 20-40 
  • Kompyuterdə sərbəst çalışmağı bacarmalı
  • Ezamiyyətlərə açıq olmalı
  • Ünvan: Qaradag ray. Səlyan şossesi 
  • Nəqliyyat xidməti mövcuddur
  • Nahar şirkət tərəfindən təmin olunur.

Tələblər

  • Elektronika mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr);
  • C proqramlaşdırma və Python üstünlükdür;
  • Elektron sxemlərin layihələndirilməsi və analizi üzrə biliklər;
  • Mikrokontrollerlərdə iş təcrübəsi;
  • Sınaq və ölçmə cihazları ilə işləmə bacarığı;
  • Problem həll etmə və analitik düşüncə qabiliyyəti;
  • Texniki sənədlərlə işləmək bacarığı;
  • Komandada işləmə və ünsiyyət bacarığı.

Hüquqları:

  • Layihələrin həyata keçirilməsi üçün zəruri texniki və maddi resursları tələb etmək;
  • Texniki məsələlər üzrə rəy və təklif vermək;
  • Təlimlərdə iştirak etmək və ixtisasartırma proqramlarından yararlanmaq;
  • Öz vəzifə səlahiyyətləri çərçivəsində qərarlar qəbul etmək.

Məsuliyyət:

  • Layihələrin texniki düzgünlüyünə və keyfiyyətinə görə məsuliyyət daşıyır;
  • Quraşdırılan sistemlərin təhlükəsiz və effektiv işləməsinə zəmanət verir;
  • Qəza və nasazlıqlar zamanı operativ müdaxilə və aradan qaldırma işlərini həyata keçirir;
  • İşin keyfiyyəti və müəyyən olunmuş müddətlərə riayət edilməsinə görə cavabdehdir.