AVICOM LLC

Elektronika üzrə baş mühəndis

AVICOM LLC
Ə/h razılaşma ilə
1685
Tam iş günü
Bakı, Azərbaycan
19/12/2025 - 02/01/2026

İş haqqında məlumat

  • Ar-Ge və Analiz: Svetofor nəzarətçisi sistemləri sahəsində qlobal standartların və rəqib məhsulların texniki xüsusiyyətlərinin dərin araşdırılması.
  • Dizayn və Prototip Yaratma: Yeni məhsulun tələblərinə uyğun olaraq elektrik sxemlərinin və Çap Olunmuş Dövrə Lövhələrinin (PCB) sıfırdan dizayn edilməsi, sınaq (prototip) nümunələrinin yığılması.
  • Mikrokontroller Proqramlaşdırılması: Nəzarət sistemlərinin (məsələn, ARM) C/C++ dilində aşağı səviyyəli (low-level) proqram təminatının yazılması, debug edilməsi və funksionallığının təmin edilməsi.
  • Kommunikasiya inkişafı: Nəzarətçilərin mərkəzi idarəetmə sistemləri ilə şəbəkə protokolları (TCP/IP, Modbus, CAN) vasitəsilə etibarlı əlaqəsini təmin edən texniki həllərin işlənib hazırlanması.
  • Diaqnostika və təkmilləşdirmə: Mürəkkəb elektron nasazlıqların aşkarlanması və istehsal olunan qurğuların texniki göstəricilərinin təkmilləşdirilməsi.
  • Texniki sənədləşmə: Bütün dizayn qərarları, proqram təminatı kodu, sınaq nəticələri və istehsal üçün lazım olan tam texniki sənədlərin (Gerber faylları, BOM daxil) hazırlanması.
  • Təhlükəsizlik və Standartlara Uyğunluq: Layihənin yerli və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu təmin etmək.

İş Şərtləri:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • 5 günlük iş qrafiki / İş saatı 09:00-dan 18:00-dək: 
  • Nahar fasiləsi 13:00-dan-14:00-dək
  • Əmək haqqı : namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək
  • Metroya yaxın məsafədən şirkətin servis xidməti fəaliyyət göstərir.

Üstünlüklərimiz:

  • İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • Karyera irəliləyişlərində yaradılan imkanlar;
  • Təlimlərdə iştirak;
  • Konüllü tibbi sığorta ilə təmin edilmə (3 ay sonra) 
  • Korporativ nömrə, danışıq limiti

Tələblər

  • Müvafiq sahədə ən azı 5-7 il iş təcrübəsi.
  • Ali Texniki təhsil: Elektronika Mühəndisliyi, Avtomatika və ya müvafiq sahə üzrə.
  • Dərin Elektronika və Proqramlaşdırma bilikləri: Mikrokontrollerlər (MCU) üzərində C/C++ proqramlaşdırma və embedded sistemlər sahəsində minimum 3 il təcrübə.
  • PCB Dizaynı təcrübəsi: Çoxqatlı PCB-lərin dizaynı və istehsala hazırlanması bacarığı. EDA proqramları (məsələn, Altium Designer, Eagle) ilə işləmək təcrübəsi.
  • Protokol bilikləri: Sənaye və şəbəkə kommunikasiya protokolları (TCP/IP, UDP, Modbus, RS-485, CAN, I2C, SPI) üzrə mükəmməl biliklər.
  • Araşdırma və öyrənmə qabiliyyəti: Yeni texnologiyaları və sənaye həllərini (məsələn: yol hərəkəti idarəetmə sistemləri) araşdırmaq və öz mühəndislik həllərinə tətbiq etmək bacarığı mütləqdir.
  • Yol hərəkəti bilikləri (üstünlük): Svetofor nəzarətçiləri, trafik sensorları və ya yol idarəetmə arxitekturaları haqqında əvvəlcədən bilik olması böyük üstünlükdür.
  • Məsuliyyətli, detallara qarşı diqqətli, həm fərdi, həm də komandada yüksək effektivliklə işləmək qabiliyyəti.

Tələblərə cavab verən namizədlər  CV-lərini mövzu yerinə “Elektronika üzrə Baş mühəndis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.           


 


Oxşar vakansiyalar