Bakı,
Azərbaycan
10.10.2025 09:37
-
10.11.2025 12:00
İş haqqında məlumat
- Elektrik və elektron avadanlıqların istismarı, texniki xidməti və təmiri;
- Avadanlıqların elektron sxemlərini oxumaq və nasazlıqları diaqnostika etmək;
- Laborator avadanlıqları və ölçü cihazları (multimetr, qida mənbəyi, osiloskop və s.) ilə işləmək;
- Çap və digər servis avadanlıqlarının təmiri (servisə gələn və ya müştəri ünvanında);
- Texniki sənədlərin, hesabatların və təqdimatların hazırlanması.
İş şəraiti:
- İş qrafiki: 5 iş günü, 08:30–17:30;
- Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- Daimi ixtisasartırma və karyera inkişafı imkanı;
- Rahat iş şəraiti və motivasiyaedici mühit;
- Korporativ nömrə və yol xərclərinin qarşılanması;
- Əmək haqqı: namizədin təcrübəsindən asılı olaraq müəyyən edilir.
Müraciət qaydası:
CV-lərinizi mövzu hissəsində “Elektronika və Avtomatika mühəndisi” yazmaqla Müraciət Et düyməsində göstərilən e-poçt ünvanına göndərin. Biz texnologiyaya maraqlı, öyrənməyə açıq və praktik düşüncəyə malik mühəndis axtarırıq!
Tələblər
- Elektronika, Avtomatika və ya Energetika üzrə ali və ya texniki təhsil;
- Müraciət edilən sahədə minimum 3 il təcrübə;
- Elektron sxem oxuma bacarığı və diaqnostika vərdişləri;
- Azərbaycan dilində sərbəst, ingilis dilində (ən azı B1 səviyyəsində) bilik; rus dili arzuolunandır;
- Analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik;
- Ofis proqramlarında sərbəst işləmək bacarığı (Word, Excel, Outlook).