Bakı,
Azərbaycan
11/12/2025
-
18/12/2025
İş haqqında məlumat
- SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etməli;
- Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etməli;
- İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda növbəli iş rejimində işləməli;
- Qəza duruşlarında Təmirə dəstək işlərinə aid nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılmasını təmin etməli;
- Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərməli;
- İşlədiyi struktur bölmələrdə bütün avadanlıqların təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirməli;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmalı;
- Emalatxanada ona təhkim edilmiş dəzgahın iş prinsiplərini, dəzgahda təhlükəsiz iş qaydalarını bilməli;
- Metal və qeyri-metalları xüsusiyyətlərini bilməli və uyğun alət və tərtibatlardan istifadə etməli;
- Alətlərin cilalanaraq itilənməsi, sıxıcı başlığa bərkidilməsi və müxtəlif burğu və yivaçma əməliyyatların tətbiq etməli;
- Armaturların dəzgaha bərkidilməsi, sınaq təzyiqinə uyğun test edilməsi, təmiri və tənzimlənməsi və müvafiq sənədləşmənin təşkilində iştirak etməli;
- Fırlanan avadanlıqların rotor hissəsinin balans dəzgahına yerləşdirilməsi, balans olunacaq rotorun parametrlərin daxil edilməsi, İSO1940, TSE 2576 standartlarına uyğun olaraq balans keyfiyyət dərəcəsinin avadanlığın tipinə uyğun seçilməsi, balans nəticəsi haqqında hesabat sənədlərini hazırlamalı;
- Torna emalatxanasında hazırlanacaq detallar üçün metal və qeyri metal pəstahların doğrama dəzgahında kəsməli;
- Tabe olduğu birbaşa rəhbərin göstərişi əsasında işi beynəlxalq standartlara uyğun və təhlükəsiz yerinə yetirməlidir.
Tələblər
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsinə malik olmaq;
- Beynəlxalq və yerli standartların tələblərinə, müvafiq təlimatlara əsaslanaraq bütün sahələrdən təhvil alınmış dinamik və statik avadanlıqları torna dəzgahında hazırlamaq və onların təmirinə dəstək göstərmək;
- Torna emalatxanasında dinamik, statik avadanlıqların və armaturların təmirində ən müasir həll yollarını bilməli, iş prosesində səmərəli metod və üsullar tətbiq etmək;
- İşin spesifikasiyasına uyğun alət və tərtibatlardan düzgün və səmərəli şəkildə istifadə etmək;
- Hazırlanacaq detalın cizgisini (eskizini), çertyojunu və ya nümunəsini incələmək və uyğun istehsal prosesini müəyyənləşdirmək;
- Müxtəlif ölçülü və təyinatlı detallarda çertyoj və ya nümunəyə uyğun burğulama işlərinin aparılması, daxili və xarici yivlərin əl ilə açılması, armaturların hidravlik və dinamik sınağının keçirilməsi və təmir işlərini yerinə yetirmək;
- Müxtəlif fırlanan avadanlıqların rotorlarının balans dəzgahında quraşdırılması və balanslanmasını təmin etmək;
- İstifadə edilən burğu, pnevmatik və hidravlik sınaq dəzgahı, balans dəzgahı kimi avadanlıqların iş prinsipini bilmək, alət və tərtibatlardan düzgün və səmərəli istifadə etmək;
- İşə başlamazdan əvvəl dəzgahı işə salmaq, iş zonasını kənar əşyalardan təmizləmək, iş zamanı dəzgahda olan işçi qovşaqlara nəzarət etmək, işin sonunda isə dəzgahı elektrik xəttindən ayırmaq və iş yerini metal yonqarlardan və digər istehsalat tullantılarından təmizləmək.