AzTelco Group

Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis

AzTelco Group
Ə/h razılaşma ilə
1236
Tam iş günü
Bakı, Azərbaycan
17.09.2025 05:23 - 17.10.2025 12:00

İş haqqında məlumat

  • İşçilərin faktiki iş qrafikləri əsasında aylıq əmək haqqı, məzuniyyət ödənişləri, ezamiyyə sənədləri, xəstəlik vərəqəsi üzrə müavinətlər və digər ödənişlərin dəqiq və vaxtında hesablanmasının təmin edilməsi;
  • Vergi, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanaraq tutulması və aidiyyəti dövlət orqanlarına təqdim olunan dövri hesabatların hazırlanması;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyə və s. ödənişlərin uyğun olaraq 1C proqramına vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin edilməsi;
  • Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin elektron portalda düzgün şəkildə rəsmləşdirilməsi;
  • İşçilərin əməkhaqqısı ilə bağlı sorğularının cavablandırılması, zəruri arayış və məlumatların hazırlanması.

Tələblər

  • Ali təhsil (Maliyyə, Vergi və ya Mühasibat uçotu sahəsində);
  • Əmək haqqı hesablanması üzrə minimum 1 il iş təcrübəsi;
  • Vergi məcəlləsi və Əmək qanunvericiliyi, xüsusilə cəmlənmiş uçot və növbəli iş vaxtları, məzuniyyət və ezamiyyət hesablanması ilə bağlı biliklər;
  • Microsoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmə bacarığı;
  • 1C proqramı üzrə biliklər.