Bakı,
Azərbaycan
31.10.2025 04:42
-
30.11.2025 12:00
İş haqqında məlumat
- İşçilərin faktiki iş qrafikləri əsasında aylıq əmək haqqı, məzuniyyət ödənişləri, ezamiyyə sənədləri, xəstəlik vərəqəsi üzrə müavinətlər və digər ödənişlərin dəqiq və vaxtında hesablanmasının təmin edilməsi;
- Vergi, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanaraq tutulması və aidiyyəti dövlət orqanlarına təqdim olunan dövri hesabatların hazırlanması;
- Əmək haqqı, məzuniyyət, ezamiyyə və s. ödənişlərin uyğun olaraq 1C proqramına vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin edilməsi;
- Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin elektron portalda düzgün şəkildə rəsmləşdirilməsi;
- İşçilərin əməkhaqqısı ilə bağlı sorğularının cavablandırılması, zəruri arayış və məlumatların hazırlanması;
- Ezam sənədlərinin qəbul edilməsi, müvafiq hesablamaların aparılması və sistemə daxil edilməsi.
Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis”başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Tələblər
- Ali təhsil (Maliyyə, Vergi və ya Mühasibat uçotu sahəsində);
- Əmək haqqı hesablanması üzrə minimum 2 il iş təcrübəsi;
- Əmək və vergi qanunvericiliyi, xüsusilə cəmlənmiş uçot və növbəli iş vaxtları, məzuniyyət və ezamiyyət hesablanması ilə bağlı biliklər;
- Microsoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmə bacarığı;
- 1C 8.3 üzrə təcrübə.