AzTelco Group

Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis

AzTelco Group
Ə/h razılaşma ilə
3953
Tam iş günü
Bakı, Azərbaycan
04/02/2026 - 18/02/2026

İş haqqında məlumat

  • İşçilərin faktiki iş qrafikləri əsasında aylıq əmək haqqı, məzuniyyət ödənişləri, ezamiyyə sənədləri, xəstəlik vərəqəsi üzrə müavinətlər və digər ödənişlərin dəqiq və vaxtında hesablanmasının təmin edilməsi;
  • Vergi, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanaraq tutulması və aidiyyəti dövlət orqanlarına təqdim olunan dövri hesabatların hazırlanması;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyə və s. ödənişlərin uyğun olaraq 1C proqramına vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin edilməsi;
  • Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin elektron portalda düzgün şəkildə rəsmləşdirilməsi;
  • İşçilərin əməkhaqqısı ilə bağlı sorğularının cavablandırılması, zəruri arayış və məlumatların hazırlanması.

Tələblər

  • Ali təhsil (Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində)
  • Əmək haqqı hesablanması üzrə minimum 1-3 il iş təcrübəsi
  • Əmək qanunvericiliyi, xüsusilə cəmlənmiş uçot və növbəli iş vaxtları, məzuniyyət və ezamiyyət hesablanması ilə bağlı biliklər
  • Microsoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmə bacarığı;
  • 1C proqramı bilikləri

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.