Bakı Metropoliteni

Əməkhaqqı üzrə mütəxəssis

Bakı Metropoliteni
Ə/h razılaşma ilə
1922
Tam iş günü
Bakı, Azərbaycan
10/12/2025 - 17/12/2025

İş haqqında məlumat

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün İnsan resursları departamentinin Əmək və əməkhaqqı şöbəsinə əməkhaqqı  üzrə mütəxəssis axtarırıq! 
Namizəd Metropolitendə əməkhaqqı proseslərinin qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə təşkili, əməkhaqqı hesablamalarının dəqiqliyinin təmin edilməsi və uyğunsuzluqların operativ aşkarlanaraq aradan qaldırılması sahəsində əsas rol oynayacaq.

Sizi hansı öhdəliklər gözləyir?

  • Şirkət əməkdaşlarının əmək haqlarının aylıq hesablanması və vaxtında ödənişlərin təmin edilməsi;
  • Əməkhaqqı üzrə bütün tutulmaların (gəlir vergisi, sosial sığorta, məcburi dövlət sosial sığorta haqları və s.) düzgün tətbiqi;
  • Məzuniyyət haqqı, xəstəlik vərəqəsi, ezamiyyə və digər ödənişlərin hesablanması;
  • Əməkhaqqı üzrə aylıq hesabatların hazırlanması (DSMF, Statistika, Vergilər və s.);
  • İşə qəbul, işdən azad və ştat dəyişikliklərinin sistemə işlənməsi və əməkhaqqı hesablanmasına inteqrasiyası;
  • Əməkhaqqı məlumatlarının məxfiliyinin qorunması və daxili prosedurlara uyğunluğun təmin edilməsi;
  • Rəhbərliyə müvafiq analitik hesabatların təqdim edilməsi.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya əlaqəli sahələr üzrə);
  • Əmək Məcəlləsi, Vergi Məcəlləsi, Sosial Sığorta haqqında qanunvericilik üzrə biliklər;
  • Əmək haqqı hesablanması, məzuniyyət, xəstəlik vərəqəsi, gecikmə və məzuniyyət qalıqlarının hesablanması üzrə praktiki təcrübə;
  • MS Excel, VBA, Power Bİ və müvafiq ERP/HCM proqramlarında sərbəst işləmə bacarığı;
  • Dəqiqlik, analitik düşüncə və məxfiliyi qoruma bacarığı;
  • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi (arzuolunandır).

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!