Bakı,
Azərbaycan
11/02/2026
-
25/02/2026
İş haqqında məlumat
- Əməkhaqqı, bonus, mükafat və digər ödənişlərin vaxtında və düzgün hesablanması;
- İş vaxtının uçotu (tabellər), məzuniyyət, xəstəlik vərəqələri və məzuniyyətlərin əməkhaqqı sisteminə düzgün daxil edilməsi;
- Əmək müqavilələrinin şərtlərinə uyğun əməkhaqqı hesablamalarının aparılması;
- Vergi, DSMF, icbari tibbi sığorta və digər məcburi tutulmaların hesablanması və aidiyyəti qurumlara təqdim edilməsi;
- Əməkhaqqı üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması;
- Daxili və xarici auditlər zamanı tələb olunan məlumatların təqdim edilməsi;
- Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi.
Şirkət nə təklif edir:
- Rəqabətə davamlı əmək haqqı və müavinətlər paketi
- Xarici ölkələrdə nümayəndəlikləri olan yerli şirkətdə iş təcrübəsi
- Şəxsi və peşəkar inkişaf imkanları
- Dinamik və böyüməkdə olan şirkətdə işləmək imkanı
- Digər üstünlüklər (sınaq müddətindən sonra fitness təminatı, özəl tibbi sığorta, korporativ mobil nömrə və s.)
İş yeri – Hyatt Regency Tower3
Tələblər
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Payroll və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyini yaxşı bilmək;
- Vergi və sosial ödənişlər üzrə biliklər;
- MS Excel (xüsusilə formullar) üzrə yaxşı biliklər;
- 1C (8.3) mühasibat proqramında sərbəst işləmə bacarığı;
- Məsuliyyətli, məxfi məlumatlarla işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.