AIMC (Azerbaijan International Mining Company)

Əməkhaqqı üzrə Mütəxəssis (Payroll Specialist)

AIMC (Azerbaijan International Mining Company)
Ə/h razılaşma ilə
588
Tam iş günü
Bakı, Azərbaycan
09/06/2026 - 23/06/2026

İş haqqında məlumat

  • İşçilərin əməkhaqlarının və əməkhaqqına aid əlavələrin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmasını həyata keçirmək;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqələri üzrə ödənişlərin, sosial müavinətlərin, ezamiyyə dövrü üzrə əməkhaqlarının və digər əməkhaqqı komponentlərinin hesablanmasını həyata keçirmək;
  • Çoxnövbəli iş qrafikləri və cəmlənmiş iş vaxtı uçotu tətbiq olunan iş rejimlərində çalışan əməkdaşların əməkhaqqılarının düzgün hesablanmasını təmin etmək;
  • Ezamiyyə ödənişlərini həyata keçirmək, ezamiyyə avanslarını idarə etmək, müvafiq hesabatları hazırlamaq və sənədləşməni təmin etmək;
  • Son haqq-hesab ödənişlərini hesablamaq və həyata keçirmək;
  • Əməkhaqqından qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət tutulmalarını həyata keçirmək;
  • Əməkhaqqından aliment, kredit, borc və digər məhkəmə qərarları əsasında tutulmalı məbləğləri hesablamaq, tutmaq və aidiyyəti üzrə ödənilməsini təmin etmək;
  • Vahid Bəyannaməni, habelə digər tələb olunan vergi və statistika hesabatlarını hazırlamaq və təqdim etmək;
  • İşçilərin müraciətləri əsasında onları əməkhaqqı hesablamaları ilə tanış etmək, zərurət yarandıqda əməkhaqqının hesablanmasına dair izahat və ya arayış təqdim etmək;
  • Əməkhaqqı ilə bağlı mürəkkəb məsələlərin araşdırılmasında, uyğunsuzluqların aradan qaldırılması və əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi ilə bağlı təkliflər vermək; 
  • Əməkhaqqı hesablamaları, vergi tələbləri və əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və uyğunluğun təmin edilməsində iştirak etmək. 
  • Tələb olunan əmək haqqı hesabatlarının hazırlanmasını təmin etmək.

İş şəraiti və şərtləri:

  • İş yeri: Bakı şəhəri, Azərbaycan
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Ezamiyyələr zamanı yaşayış yerinin təmin edilməsi.

Biz nə təklif edirik?

  • Yemək xərclərinin qarşılanması; 
  • Aylıq telefon istifadəsi üçün təminat;
  • Tibbi sığorta;
  • Rəqabətqabiliyyətli əməkhaqqı

Tələblər

  • Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Əməkhaqqı hesablanması və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyi və vergi tələbləri üzrə güclü biliklər;
  • Microsoft Excel proqramı üzrə yüksək səviyyədə bilik;
  • ERP sistemləri, xüsusilə 1C proqramı ilə iş təcrübəsi üstünlükdür;
  • Güclü riyazi və analitik düşüncə bacarığı;
  • Yüksək kommunikasiya və komanda ilə işləmə bacarıqları;
  • Zərurət yarandıqda ezamiyyələrə açıq olmaq.
  • İngilis dili biliyi arzuolunandır;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.