PJA MMC

Əməliyyat Meneceri

PJA MMC
Ə/h razılaşma ilə
1917
Tam iş günü
Bakı, Azərbaycan
29.08.2025 09:39 - 29.09.2025 12:00

İş haqqında məlumat

  • Restoran şəbəkəsinin bütün filiallarının gündəlik əməliyyat fəaliyyətinə nəzarət və effektiv idarəetmə;
  • Franchisor tərəfindən müəyyən edilmiş QSC (Keyfiyyət, Xidmət, Təmizlik) standartlarının tam yerinə yetirilməsini təmin etmək;
  • Restoran menecerlərinin fəaliyyətini koordinasiya etmək, onların peşəkar inkişafına dəstək olmaq və motivasiya proqramları tətbiq etmək;
  • Müştəri məmnunluğunu təmin etmək, müştəri rəylərini təhlil etmək və xidmət səviyyəsinin yüksəldilməsi üzrə təkliflər verərək razılaşdırılmış  tədbirlər görmək;
  • Sahəsi üzrə təhlillər aparmaq uyğunsuzlqular barədə rəhbərliyə məlumat verərək həll yolları barədə təklifllər hazırlamaq;
  • Restoranların iş prosesində səmərəliliyi artırılması üçün səy göstərmək;
  • Restoranların iş qrafikinin planlaşdırılması və əmkdaşların iş keyfiyyətlərinin qiymətləndirilməsinə iştirak etmək,aidiyyatı üzrə təkliflər vermək;
  • HACCP həmçinin digər yerli və  beynəlxalq sanitariya və qida təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.

Bizim təkliflərimiz:

  • Rəsmi  əmək haqqı;
  • Rəsmi işə qəbul və tam sosial paket;
  • Karyera inkişafı üçün real imkanlar və daxili yüksəliş perspektivləri;
  • Dinamik, innovativ və dəstəkləyici komandada çalışma imkanı.

Müraciət qaydası:

Əgər siz güclü idarəçilik bacarıqlarına, strateji düşüncə qabiliyyətinə və inkişaf hədəflərinə yönəlmiş bir mühitdə çalışmaq istəyirsinizsə, CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Əməliyyat Meneceri” qeyd olunmalıdır.

Tələblər

  • Restoran və ya qidaçılıq sahəsində minimum 5 illik təcrübə, bunun ən azı 2 ili çoxfiliallı şəbəkədə rəhbər vəzifədə işləmək;
  • Franchiza sistemlərinin iş prinsiplərinə dərindən bələdlik;
  • Güclü liderlik və ünsiyyət bacarıqları, böhran anlarında çevik qərar vermə qabiliyyəti;
  • MS Office proqramlarında, xüsusən Excel-də yüksək səviyyədə işləmə bacarığı;
  • Ezamiyyətlərə hazır olmaq.


Oxşar vakansiyalar