PJA MMC

Əməliyyat Meneceri

PJA MMC
Ə/h razılaşma ilə
829
Tam iş günü
Bakı, Azərbaycan
22/05/2026 - 05/06/2026

İş haqqında məlumat

  • Restoran şəbəkəsinin bütün filiallarının gündəlik əməliyyat fəaliyyətinə nəzarət və effektiv idarəetmə;
  • Franchisor tərəfindən müəyyən edilmiş QSC (Keyfiyyət, Xidmət, Təmizlik) standartlarının tam yerinə yetirilməsini təmin etmək;
  • Restoran menecerlərinin fəaliyyətini koordinasiya etmək, onların peşəkar inkişafına dəstək olmaq və motivasiya proqramları tətbiq etmək;
  • Müştəri məmnunluğunu təmin etmək, müştəri rəylərini təhlil etmək və xidmət səviyyəsinin yüksəldilməsi üzrə təkliflər verərək razılaşdırılmış  tədbirlər görmək;
  • Sahəsi üzrə təhlillər aparmaq uyğunsuzlqular barədə rəhbərliyə məlumat verərək həll yolları barədə təklifllər hazırlamaq
  • Restoranların iş prosesində səmərəliliyi artırılması üçün səy göstərmək.
  • Restoranların iş qrafikinin planlaşdırılması və əmkdaşların iş keyfiyyətlərinin qiymətləndirilməsinə iştirak etmək,aidiyyatı üzrə təkliflər vermək.
  • HACCP həmçinin digər yerli və  beynəlxalq sanitariya və qida təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.

Bizim təkliflərimiz:

  • Rəsmi  əmək haqqı
  • Rəsmi işə qəbul və tam sosial paket;
  • Karyera inkişafı üçün real imkanlar və daxili yüksəliş perspektivləri;
  • Dinamik, innovativ və dəstəkləyici komandada çalışma imkanı.

Tələblər

  • Restoran və ya qidaçılıq sahəsində minimum 5 illik təcrübə, bunun ən azı 2 ili çoxfiliallı şəbəkədə rəhbər vəzifədə işləmək
  • Franchiza sistemlərinin iş prinsiplərinə dərindən bələdlik;
  • Güclü liderlik və ünsiyyət bacarıqları, böhran anlarında çevik qərar vermə qabiliyyəti;;
  • MS Office proqramlarında, xüsusən Excel-də yüksək səviyyədə işləmə bacarığı;
  • Ezamiyyətlərə hazır olmaq;.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.