Bakı,
Azərbaycan
06/04/2026
-
20/04/2026
İş haqqında məlumat
- Əməliyyat Meneceri texniki xidmət əməliyyatlarının idarə edilməsinə tam məsuliyyət daşıyır. O, komandanın təhlükəsizliyini, müştəri məmnuniyyətini və əməliyyat keyfiyyətini təmin etməklə regional hədəflərə nail olmağa cavabdehdir. Liderlik, satış və müştəri yönümlü yanaşma bu vəzifənin əsas sütunlarını təşkil edir.
Əməliyyat İdarəetməsi
- Əməkdaşların təhlükəsizliyinə tam cavabdehlik; təhlükəsizlik mədəniyyətinin qorunması
- Müştəri məmnuniyyəti səviyyəsinin təmin edilməsinə cavabdehlik
- Texniki xidmət əməliyyatlarına rəhbərlik; xidmətin keyfiyyəti və gəlirliliyinin təmin edilməsi
- Fərdi hədəflərin müəyyənləşdirilməsi, illik planların hazırlanması və mütəmadi izlənilməsinə nəzarət
- Əməkdaşlar üçün planlamanın hazırlanması
- Əməliyyat proseslərinin, təhlükəsizlik standartlarının mütəmadi auditinin aparılması
Satış
- Qəbul edilmiş sifarişlərin icrasına tam nəzarət
- Satış meneceri ilə birgə düzgün xidmət təklifinin və dəyər təkliflərinin hazırlanmasının təmin edilməsi
- Komandasının qısa və uzunmüddətli satış hədəflərinə çatmasına cavabdehlik
- Yerinə yetirilmiş işlərin vaxtında faktura edilməsinin nəzarəti
Liderlik və Kadr İdarəetməsi
- Nəzarətçilərdən ibarət komandasının idarə edilməsi: həftəlik kontrol görüşləri
- Sahə / müştəri ziyarətlərinin mütəmadi aparılması; sahə auditlərinin icra edilməsi
- Komandanın məqsədlərə çatması üçün lazımi resurslara nəzarət
- İşçilərin motivasiyasına dair tədbirlərin həyata keçirilməsi
- Texniki xidmət əməliyyatları komandasının peşəkar inkişafına cavabdehlik
Müştəri Yönümlülük
- Müştərilərlə aktiv əməkdaşlıq
- Nəzarətçi və texniklərin müştəri mərkəzli yanaşma sərgilənməsi
- Texniki xidmət müqaviləsinin bütün mərhələlərinde müştəri təcrübəsi əlaqə nöqtələrinin icrasına nəzarət
İş rejimi: Tam ştat — Ofis / Sahə
Əmək haqqı: Müsahibə əsnasında təyin olunur
Tələblər
- Təhsil: Texniki və ya mühəndislik ixtisası üzrə ali təhsil (üstünlük verilir)
- İş təcrübəsi: Əməliyyat rəhbərliyi sahəsində minimum 3–5 il
- Liderlik: Komanda idarəetməsi, motivasiya bacarıqları
- Satış bacarıqları: Satış hədəflərinin idarə edilməsi; müştəri münasibətləri
- Analitik düşüncə: Hesabatların data əsaslı qərar qəbulu
- Dillər: Azərbaycan dili (məcburi); İngilis dili (iş mühiti səviyyəsində mütləqdir)
- Kompüter: MS Office (Excel, Word, Outlook); ERP / xidmət idarəetmə sistemləri
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.