Əməliyyat Texnologiyası İnfrastrukturu üzrə Supervayzer
SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
695
Tam iş günü
Bakı,
Azərbaycan
07/11/2025
-
07/12/2025
İş haqqında məlumat
- Kritik infrastrukturlar, idarəetmə sistemləri (DCS, SCADA, ESD), məlumat mərkəzləri, sistem və şəbəkə komponentlərindən ibarət olan Operativ Texnologiyalar (OT) infrastrukturunu layihələndirmək;
- Sənaye obyektlərində OT serverlərini, yaddaş sistemlərini və şəbəkə avadanlıqlarını nəzarətdə saxlamaq və idarə etmək, onların sabit və etibarlı fəaliyyətini təmin etmək;
- Sistem ehtiyat nüsxələrinin yaradılması, bərpa və fəlakətdən bərpa proseslərini idarə etmək, məlumat bütövlüyünü və iş davamlılığını təmin etmək;
- Korporativ standartlara (ISA/IEC 62443 və NIST) uyğun şəkildə OT kibertəhlükəsizlik nəzarət mexanizmlərini tətbiq etmək və dəstəkləmək;
- Zəifliklərin idarəedilməsi, yeniləmə (patch) proseslərinin həyata keçirilməsi və mərkəzləşdirilmiş antivirus sistemlərinin idarə olunmasına nəzarət etmək, təhlükəsizlik risklərini minimuma endirmək;
- Purdue Modelinə əsaslanan sənaye şəbəkə infrastrukturunu idarə etmək və izləmək, təhlükəsiz və səmərəli məlumat axınını təmin etmək;
- OT infrastruktur mühəndisləri və texniklərinin fəaliyyətini rəhbərlik və koordinasiya etmək, onlara istiqamət vermək, prioritetləri müəyyənləşdirmək və texniki dəstək göstərmək. Operativ texnologiya məsuliyyət sahəsinə daxil olan layihələri inteqrasiya etmək, idarə etmək və hesabatlılığını təmin etmək;
- Avtomatlaşdırma, istismar və IT kimi digər biznes bölmələri ilə əməkdaşlıq etmək, infrastruktur strategiyalarını uzlaşdırmaq və sistemlərin inteqrasiyasını təmin etmək;
- Ümumi sistem performansını izləmək, mümkün problemləri qabaqcadan müəyyənləşdirmək və vaxtında həllini təmin etməklə dayanma risklərini azaltmaq;
- OT infrastrukturunun modernləşdirilməsi və yenilənməsi layihələrini planlaşdırmaq və idarə etmək, o cümlədən satınalma və təchizatçı əlaqələrini koordinasiya etmək;
- İllik OT büdcəsini planlaşdırmaq, infrastruktur xərclərini izləmək və xərclərin optimallaşdırılmasını dəstəkləmək;
- OT infrastruktur avadanlıqları, proqram təminatları və xidmətləri üçün satınalma tələblərini hazırlamaq və təqdim etmək, onların texniki düzgünlüyünü və büdcə uyğunluğunu təmin etmək.
Tələblər
- Elektrotexniki və Elektron Mühəndisliyi və ya Kompüter Mühəndisliyi sahəsində bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə minimum 8 il iş təcrübəsi;
- Layihənin idarə edilməsi bacarığı;
- Microsoft əsasında proqramın həlli üzrə sertifikatlı mütəxəssis (MSCE);
- CompTIA Security+
- İnformasiya texnologiyaları infrastrukturu kitabxanası (ITIL Foundation);
- CCNA/CCNP.