Əməliyyatlar üzrə kiçik mütəxəssis (təcrübə programı-kadrlar, gömrük və təchizat üzrə)
İsmixanlı MMC
Ə/h razılaşma ilə
219
Təcrübə
Bakı,
Azərbaycan
19/03/2026
-
02/04/2026
İş haqqında məlumat
İnsan resursları, gömrük və təchizat sahəsində inkişaf etmək istəyən yeni məzun və ya az təcrübəli namizədlər üçün təcrübə proqramı elan olunur. Proqram müddətində namizədlər iş prosesləri ilə yaxından tanış olacaq və uğurlu nəticə göstərənlər işlə təmin ediləcəklər.
- Müqavilə, sifariş və digər əməliyyat sənədlərinin hazırlanmasına dəstək olmaq
- Kadr işləri üzrə ilkin sənədləşmədə (işə qəbul, əmək müqavilələri və s.) iştirak etmək
- Daxili hesabatların hazırlanmasına və məlumatların sistemləşdirilməsinə kömək etmək
- Şirkətin təchizat prosesində iştirak etmək, satınalma sorğularını hazırlamaq və təkliflərin toplanmasına dəstək olmaq
- Təchizatçılarla ilkin əlaqələrin qurulması və yazışmaların aparılması
- Gömrük rəsmiləşdirilməsi prosesində əlaqələndirmə və sənəd dövriyyəsində iştirak etmək
- Kadr işləri üzrə ilkin sənədləşmədə (işə qəbul, əmək müqavilələri və s.) iştirak etmək
- Daxili hesabatların hazırlanmasına və məlumatların sistemləşdirilməsinə kömək etmək
İş şəraiti
- İş yeri: Bakı, 8 noyabr prospekti, Blue ofis.
- İş rejimi: Tam iş günü
- Əmək haqqı: minimum əmək haqqı
Qeyd - Oğlan namizədlər müraciət etsin.
Təklif edirik:
- 3-6 aylıq təcrübə proqramı
- Praktiki HR bilikləri
- Karyera inkişafı və işlə təmin olunma imkanı
- Dinamik iş mühiti
Tələblər
- Menecment, HR, hüquq, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil
- Bu sahələrdə işləməyə maraq
- Ünsiyyət bacarıqları və komandada işləmək qabiliyyəti
- MS Office bilikləri
- Məsuliyyətli və təşəbbüskar olmaq
- İngilis və rus dili arzu olunandır
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.