SC

Əməliyyatlar üzrə mütəxəssis

Sophie Couture
800 ₼
4476
Tam iş günü
Bakı, Azərbaycan
02/02/2026 - 16/02/2026

İş haqqında məlumat

  • Bütün əməliyyatların (Bank, Kassa, Alış, Satış, Əmək haqqı, Əsas vəsaitlərin uçotu və s.) 1C 8.3 sisteminə daxil edilməsi
  • DHL beynəlxalq yükdaşıma şirkəti vasitəsilə müştərilərə çatdırılmanın təmin edilməsi
  • Aylıq inventarizasiyada iştirak və müvafiq sənədləşmənin aparılması
  • Anbar qalıqlarının uzlaşdırılması və malların hərəkəti barədə hesabatların hazırlanması
  • Kreditor və debitorlar üzrə üzləşmələrin aparılması
  • Hesab-fakturalardakı qiymətlərin Razılaşma Protokoluna əsasən yoxlanılması
  • Ofis üzrə kargüzarlıq və sənədləşmə proseslərinə nəzarət
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi

​​​​​​​İş şəraiti:

  • Rəsmi əmək müqaviləsi;
  • 5 günlük iş rejimi (09:00–18:00);
  • Rahat və dinamik iş mühiti, inkişaf perspektivləri;
  • Korporativ nömrə: şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək (başlanğıc səviyyə 800 AZN, inkişaf və artım perspektivi ilə)
  • Sınaq müddəti: 3 ay

Tələblər

  • 1C (8.3 UT) proqram təminatında bilik və təcrübə
  • Rus və ya ingilis dili biliyinin olması üstünlükdür.
  • MS Office, xüsusilə Excel üzrə yaxşı biliklər
  • Diqqətli, məsuliyyətli və öyrənməyə açıq olmaq
  • Komanda ilə işləmək bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.