Soliton

Əməliyyatlar üzrə operator

Soliton
600 ₼
454
Tam iş günü
Bakı, Azərbaycan
14/07/2026 - 28/07/2026

İş haqqında məlumat

  • Məhsul satışı üzrə tərtib edilmiş müqavilələrin məlumatlarını şirkətin daxili informasiya sisteminə vaxtında və düzgün daxil etmək;
  • Müqavilələr üzrə məlumatların düzgünlüyünü yoxlamaq və aşkar edilmiş uyğunsuzluqlar barədə aidiyyəti şəxsləri məlumatlandırmaq;
  • Ödəniş müddəti çatmış və gecikmədə olan müştərilərlə telefon əlaqəsi saxlayaraq ödəniş barədə məlumat vermək və xatırlatma etmək;
  • Müştərilərlə aparılmış danışıqların nəticələrini sistemdə qeydiyyata almaq;
  • Daxil olan sorğuların operativ şəkildə cavablandırılmasına dəstək göstərmək;
  • Gündəlik əməliyyat proseslərinin düzgün və fasiləsiz icrasını təmin etmək;
  • Hazırlanan hesabatların tərtib edilməsində iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş saatı: 09:30 – 18:00
  • Əməkhaqqı: 600 AZN 
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi bağlanılır;
  • Stabil və dinamik iş mühitində çalışma imkanı.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • MS Office proqramları (xüsusilə Excel) ilə işləmək bacarığı;
  • Kompüter və ofis proqramlarından sərbəst istifadə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus dili biliyi üstünlükdür);
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komandada işləmək bacarığı;
  • Stressə davamlılıq və nəticəyönümlülük.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun