HR Option

Əməliyyatlar üzrə Rəhbər Köməkçisi

HR Option
500 - 600 ₼
689
Tam iş günü
Bakı, Azərbaycan
15.09.2025 03:21 - 15.10.2025 12:00

İş haqqında məlumat

  • HR Option tərəfindən keçirilən təlimlərin koordinasiya olunması və təşkilati işlərin idarə edilməsi;
  • Təlim iştirakçıları və təlimçilərlə daimi və effektiv kommunikasiyanın qurulması;
  • Təlimlər üzrə qeydiyyat, materialların hazırlanması və zəruri texniki dəstəyin təmin edilməsi;
  • HR Option-un həyata keçirdiyi layihələrin hazırlanmasında və icrasında aktiv iştirak;
  • Təlim və layihələr üzrə hesabatların hazırlanması, proseslərin izlənməsi və təkmilləşdirilməsi üçün təkliflər vermək.

Təklif edirik:

  • Öyrənmə və inkişaf üçün imkanlar;
  • Şirkət daxilində təşkil edilən bütün təlimlərdə ödənişsiz iştirak imkanı;
  • Ölkə əhəmiyyətli Forum və Konfranslarda iştirak və təcrübə;
  • Şəbəkələşmə (Networking) üçün geniş imkanlar.

İş şəraiti:

  • İş qrafiki: İş qrafiki: 09:00 – 17:00 (6-cı günü natamam iş günü);
  • Əmək haqqı: 500–600 AZN (Net);
  • Ünvan: Nərimanov r., 1/25 Əhməd Rəcəbli, Çinar Park Biznes Mərkəzi.

Müraciət qaydası:

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Əməliyyatlar üzrə Rəhbər Köməkçisi” qeyd edərək, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Yuxarıda qeyd edilmiş tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Tələblər

  • Ali təhsil (universiteti yeni bitirmiş namizədlər müraciət edə bilər);
  • Təcrübə mütləq deyil, lakin tələbəlik dövründə könüllü fəaliyyətlər, layihə və təşkilati işlərdə təcrübə üstünlükdür;
  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
  • Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
  • Komandada işləmək və eyni zamanda müstəqil qərar verə bilmək;
  • Microsoft Office proqramlarından istifadə bacarığı;
  • Daimi inkişaf etməyə və yeni biliklər öyrənməyə maraq.