Diamed Medical Group

Əməyin mühafizəsi üzrə mühəndis

Diamed Medical Group
1500 - 2000 ₼
2116
Tam iş günü
Bakı, Azərbaycan
09.09.2025 02:56 - 09.10.2025 12:00

İş haqqında məlumat

  • İş yerində əməyin mühafizəsinə və texniki təhlükəsizliyə nəzarət etmək;
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
  • SƏTƏMM üzrə sənədləşdirmə işlərini dəqiq həyata keçirmək;
  • Riskin qiymətləndirilməsini aparmaq və sənədləşdirmək;
  • SƏTƏMM üzrə uyğunsuzluqları və qüsurları aşkar edərək haqqında tədbir görülməsi üçün tapşırıqlar vermək;
  • Layihələrin, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərdə iştirak etmək;
  • Sahəyə daxil olanlara giriş təlimatı keçmək, işçilərin əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərdə köməklik göstərmək;
  • İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
  • Xidmət təlimatların işlənib hazırlanmasında köməklik göstərmək;
  • Mövcud formada və qaydalara uyğun olaraq hesabatlar aparmaq.

İş şəraiti:

  • İş yeri Pirallahıda yerləşir.
  • Əmək haqqı 1500-2000 azn

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali texniki təhsil;
  • SƏTƏMM üzrə minimum 3 il iş təcrübə;
  • FHN tərəfindən verilən “Sənayedə texniki təhlükəsizlik və əməyn mühafizəsi qaydaları və normaları” üzrə sertifikat (SƏTƏMM üzrə əlavə sertifikatların olmasına da üstünlük verilir).