
.jpg)
74326 oktyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
İş haqqında
Peşəkar komandanın bir parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliyin, normativ hüquqi aktların və daxili prosedurların tələblərinə riayət olunmasına nəzarət etmək;
- İş qəzası, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər hazırlamaq və icrasını izləmək;
- İşçilər üçün əməyin mühafizəsi, texniki təhlükəsizlik və ilkin təhlükəsizlik təlimatlandırmalarını təşkil etmək, müvafiq qeydiyyat sənədlərini aparmaq;
- İş yerlində fərdi mühafizə vasitələrindən düzgün istifadə olunmasına və təhlükəsizlik tələblərinə əməl edilməsinə nəzarət etmək;
- Müəssisənin struktur bölmələrində təhlükəsizlik vəziyyətinin monitorinqini aparmaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər hazırlamaq;
- Mülki müdafiə üzrə tədbirlərin, müvafiq planların və fövqəladə hallara hazırlıq tədbirlərinin hazırlanmasında və icrasında iştirak etmək;
- Yanğın, qəza, təbii fəlakət və digər fövqəladə hallar zamanı davranış qaydaları üzrə maarifləndirmə və praktiki təlimlərin təşkilində iştirak etmək;
- Təxliyə planlarının, xəbərdarlıq və operativ məlumatlandırma tədbirlərinin hazırlanmasına və aktuallığının qorunmasına dəstək göstərmək;
- Fövqəladə hallar zamanı istifadə edilən mühafizə vasitələrinin, ilkin yardım ləvazimatlarının və digər müvafiq avadanlıqların vəziyyətinə nəzarətdə iştirak etmək;
- Əməyin mühafizəsi və mülki müdafiə üzrə hesabatları, aktları, jurnalları və digər sənədləri hazırlamaq və müvafiq qaydada qeydiyyatını aparmaq;
- Aidiyyəti dövlət qurumları və müəssisənin struktur bölmələri ilə müvafiq istiqamətlər üzrə koordinasiyanı təmin etmək.
Namizədə tələblər:
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, mülki müdafiə, mühəndislik və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəs (dövlət müəssisələrində iş təcrübəsi üstünlükdür);
- ISO 45001 Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi üzrə biliklər;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya mülki müdafiə üzrə əlavə təlim və sertifikatların olması üstünlükdür;
- Azərbaycan Respublikasının əməyin mühafizəsi, əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və mülki müdafiə sahələrini tənzimləyən normativ hüquqi aktları barədə biliklər;
- Peşə risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və risklərin azaldılması tədbirlərinin hazırlanması üzrə biliklər;
- Təhlükəsizlik təlimatlarının, müvafiq planların, aktların və hesabatların hazırlanması bacarığı;
- Fövqəladə hallara hazırlıq, təxliyə tədbirləri və təhlükəsizlik təlimlərinin təşkili barədə biliklər;
- MS Office proqramları, xüsusilə Word və Excel üzrə işləmək bacarığı;
- Analitik düşünmə, məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı;
- Komandada işləmək, ünsiyyət qurmaq və əməkdaşlarla effektiv koordinasiya aparmaq bacarığı.
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərminanov rayonu Əhməd Rəcəbli 1/3.

.jpg)
.jpg)
