SOCAR

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə böyük mühəndis

SOCAR
1212 ₼
522
Tam iş günü
Şəmkir, Azərbaycan
26/02/2026 - 12/03/2026

İş haqqında məlumat

  • İcazələrin verilməsinə və nəzarətdə saxlanılmasına aid bütün məsələlərə münasibətdə ilk əlaqə saxlanılmalı şəxs qismində çıxış etmək; •Bütün icazələr və əlaqədar sertifikatlar və yoxlama vərəqlərini xəta və uyğunsuzluqlara qarşı yoxlamaq, hər hansı səhv və ya boşluqlar aşkar olunduqda sənədlərin dəyişikliklər və düzəlişlər üçün İş icraçısına geri qaytarılmasını təmin etmək; 
  • Bütün icazələr, əlaqədar sertifikatlar və yoxlama vərəqələrinə vahid seriya nömrəsi verilməsini və onların elektron reyestrdə və şöbədə saxlanan qeydiyyat jurnalında qeydə alınmasını təmin etmək; 
  • Bütün işə icazələr üzrə qeydlərin yeniləndiyini təmin etmək; 
  • Bütün icazə və sertifikatların müvafiq olaraq doldurulmasını, verilmə, təhvil-təslim və bağlanılması üçün Əsas İşə İcazələri imzalamadan əvvəl bütün qeydlərin aydın olmasını və təyin edilmiş səlahiyyətli heyət tərəfindən təsdiqlənməsini yoxlamaq; 
  • İşin icrasına icazə sənədi, əlaqəli icazə və sertifikatlar daxil olmaqla bütün sənədlər alınmadan, təsdiqlənmədən İİS-nin qeydiyyatını aparmamaq və İİS qeydə alınmadan hər hansısa əməliyyatın başlanılmasının yolverilməz olması barədə iş icrasını məlumatlandırmaq; 
  • Sahələr üzrə İşə İcazə Sistemi üzrə rolların reyestrini aparmaq; 
  • Bütün icazələrin və sertifikatların orijinal nüsxələrinin, qiymətləndirmə vərəqlərini və hər hansı digər əlaqədar sənədləri şöbədə saxlamaq və arxivləşdirmək; 
  • Müxtəlif işlər üçün müraciət olunan İcazələr arasında mümkün ziddiyyət sahələrin müəyyən edilməsi və giriş ziddiyyəti yaranarsa öncəliyi müəyyən etmək üçün səlahiyyətli şəxslərlə əlaqə saxlamaq; 
  • Növbələrin dəyişilməsi zamanı gedən və gələn növbələr arasında icazələrin təhvil-təsliminin düzgün aparılmasına nəzarəti təmin etmək, icazə və əlaqədar sertifikatları növbələrarası dayandırmaq və yenidən vermək; 
  • Təhkim edildiyi sahədə İİS tətbiq edilməsini nəzarətdə saxlamaq üçün müntəzəm qaydada sahə gəzintilərində iştirak və müvafiq işə icazə və ya təcridetmə sertifikatının düzgün istifadəsinə nəzarəti təmin etmək; 
  • İşə icazə, əlaqəli icazələr və sertifikatlar üzrə eyni zamanda yerinə yetirilən və təhlükəsizliyə potensial təsiri olan hər hansı bir fəaliyyəti əvvəlcədən müəyyən etmək və bu barədə aidiyyəti olan sahə üzrə səlahiyyətli şəxslərə və iş icraçılarına məlumat vermək; 
  • İşə İcazələr və sertifikatlar üçün elektron reyestr, əsas jurnallar, qarşılıqlı istinadlar və sənədlərin sistemdə qeydiyyatını aparmaq; 
  • İİS üzrə müraciətlərdə tələb olunan təlimlərdə iştirakın yoxlanılması və təlim qeydiyyatının aparılmasını təmin etmək; 
  • Təlimlər və səriştənin qiymətləndirilməsi başa çatdıqdan sonra ayrı-ayrı şəxslərə onların təyin olunmuş vəzifələri və işlərin yerinə yetirilməsinə nəzarət üzrə təkrar hazırlığın başlanması haqqında məlumat vermək; 
  • İİS, Risklərin qiymətləndirilməsi, İşlərin planlaşdırılması və qrafiklərin tərtib edilməsi iclaslarında iştirak etmək; 
  • İİS sistemi ilə bağlı müntəzəm özünüqiymətləndirmə və monitorinqlər aparmaq; 
  • Öz sahəsi üzrə vəzifə məxfiliyinə riayət etmək; 
  • Öz ixtisasını və nəzəri biliklərini artırmaq, qabaqcıl iş metodlarından istifadə etmək; 
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni işdə rəhbər tutmaq. 

Tələblər

  • Təhsil pilləsi:Ali bakalavr / Müvafiq sahə üzrə
  • Müddəti / İş təcrübəsi: 1 İl / Müvafiq sahə üzrə

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar