CMT Group LLC

Əməyin Təhlükəsizliyi üzrə Mütəxəssis (SƏTƏM)

CMT Group LLC
1200 ₼
3938
Tam iş günü
Bakı, Azərbaycan
18/02/2026 - 04/03/2026

İş haqqında məlumat

  • İstehsalat sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etmək;
  • Əməyin təhlükəsizliyi üzrə daxili qaydalar, təlimatlar və prosedurların hazırlanması və tətbiqi;
  • İşçilərə ilkin və dövri SƏTƏM təlimlərinin keçirilməsi;
  • Risklərin qiymətləndirilməsi və təhlükəli faktorların müəyyən edilməsi;
  • Qəza, insident və bədbəxt hadisələrin araşdırılması, hesabatların hazırlanması;
  • Dövlət orqanları (Əmək Müfəttişliyi, FHN və s.) ilə əlaqələrin qurulması;
  • Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət;
  • İstehsalatda təhlükəsizlik mədəniyyətinin formalaşdırılması.

İş şəraiti:

  • Ünvan: Abşeron rayonu a.ağı güzdək qəsəbəsi.
  • Sahə: İstehsalat
  • Əmək haqqı: 1200 AZN (net)

Şirkət təklif edir:

  • Rəsmi əmək müqaviləsi;
  • Nahar və servis xidməti;
  • Stabil və vaxtında maaş;
  • Peşəkar inkişaf imkanı;
  • Sağlam və təhlükəsiz iş mühiti.

Tələblər

  • Ali təhsil (əməyin mühafizəsi, mühəndislik və ya uyğun sahə üzrə);
  • SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi (istehsalat üstünlükdür);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və təhlükəsizlik normativlərini bilmək;
  • MS Office proqramlarında sərbəst işləmək;
  • Məsuliyyətli, analitik düşüncəli və təşəbbüskar olmaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.