Bakı,
Azərbaycan
04/05/2026
-
18/05/2026
İş haqqında məlumat
Şirkətimizdə Property Specialist yanında çalışacaq assistent axtarılır. Bu vəzifədə əsas məqsəd yalnız tapşırıqları icra etmək deyil, eyni zamanda prosesləri anlamaq, idarəçilik bacarıqlarını inkişaf etdirmək və maliyyə göstəricilərinə nəzarət etməkdir.
İş yeri: Aral Group
Əsas vəzifələr:
- İcarəçilər üzrə aylıq maliyyə hesabatlarının hazırlanması
- İcarə sahələrinin elektrik və su sərfiyyatlarının izlənməsi və ödənişlərə nəzarət
- Əmlak obyektləri ilə bağlı məlumatların proqram təminatına düzgün və vaxtında daxil edilməsi
- Aylıq ümumi hesabatların hazırlanması və analiz edilməsi
- Verilən tapşırıqların məsuliyyətlə və vaxtında icrası
- İdarəçilik proseslərinə yaxından bələd olmaq və aktiv iştirak etmək
Biz nə təklif edirik:
- Hesabatların hazırlanması üzrə real iş təcrübəsi
- Praktiki mühasibatlıq biliklərinin inkişafı
- Stabil və uzunmüddətli iş imkanı
- Peşəkar və inkişafyönümlü iş mühiti
Tələblər
- Mühasibatlıq üzrə ilkin biliklər (gəlir-xərc balansını anlamaq)
- Excel və digər ofis proqramlarında işləmə bacarığı
- Rəqəmlərlə işləməkdə diqqət və dəqiqlik
- Analitik düşünmə qabiliyyəti
- Nizam-intizam və məsuliyyətlilik
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.